Ford şirkəti Capri modelini Volkswagen əsaslı krossover kimi canlandıracaq. İnsayderlərin fikrincə, əfsanəvi ad Volkswagen konserninin MEB modul platformasında inşa ediləcək ikinci krossoverə veriləcəkdir. İlk model yeni Explorer elektrokarı olub. Şirkət Ford Capri modelini daha idman üslublu krossover kimi mövqeləndirməyi planlaşdırır. Əvvəllər Capri adı ilə Avropa bazarında satılan kupe istehsal edilirdi. Bir vaxtlar populyar olan kupenin son nüsxəsi 1986-cı ildə konveyerdən çıxıb.

Capri krossoveri elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. İlkin məlumata görə, yenilik 300 at qüvvəsinə yaxın gücə malik olan mühərriki alacaqdır. Elektrik krossoverinin orijinal model kimi arxa ötürməli olacağı gözlənilir. Dolu batareya ilə krossover 500 kilometr məsafə qət edə biləcəkdir.

Yeniliyin dizaynında orijinal avtomobilə istinadların olacağı da gözlənilir. İnsayderlərin fikrincə, Böyük Britaniya bazarında krossoverin qiyməti təxminən 40 min funt sterlinq (50 min dollar) olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.