Cari nəsil Ford Escape krossoveri 2020-ci ildə debüt edib və bazara çıxdıqdan iki il sonra ilk planlaşdırılmış yenilənməyə məruz qalıb. Qeyd etmək gərəkdir ki, krossoverin Avropada satılan Focus və Puma modellərinin üslubunda olan dizaynı amerikalılar tərəfindən soyuq qarşılanıb. Nəticədə, 2023-cü model ilinin Escape krossoveri Amerikada populyar olan Edge və Explorer modellərinə bənzər alınıb.

Bronco Sport ilə eyni platformanı paylaşan Escape modeli ABŞ-da standart Base, “orta” Active və top Platinum təchizat səviyyələrində satışa çıxarılacaqdır. ST-Line "idman" xətti isə, artıq üç versiyada təklif olunur:  ST-Line, ST-Line Select və ST-Line Elite. Modifikasiya çeşidinin zirvəsində isə, Escape Plug-In Hybrid qoşulan hibrid versiyası yerləşir.

Yenilənmiş Escape modelini əvvəlkindən yeni bamperlər, radiator barmaqlığının fərqli dizaynı, təkmilləşdirilmiş ön optika və arxa işıqaları birləşdirən işıqlanan zolaq (yalnız bahalı təchizat səviyyələrində mövcuddur) sayəsində tanımaq olar. ST-Line xətti öz növbəsində qara dekorasiya, radiator barmaqlığının toru və “idman” sükan çarxı ilə seçilir.

2023-cü model ilinə qədəm qoyan krossover üçün ağıllı adaptiv kruiz-kontrol, sürətin proqnozlaşdırılması sistemi, arxaya hərəkət zamanı əyləcləmə sistemi və manevr yardımçısı da daxil olmaqla elektron köməkçilər kompleksi bəyan edilib. Arxa parkinq sensorları, ətrafa baxış sistemi, multimedia sisteminin 13,2-düymlük ekranı və 12,3 düymlük rəqəmsal cihazlar paneli də avadanlıqlar siyahısına daxildir.

Modifikasiyalar əvvəlki kimi qalıblar. Escape modeli ABŞ-da 182 at qüvvəli 1,5-litrlik dördsilindrli EcoBoost turbomühərriki və 253 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təklif olunur. Bundan əlavə 2,5-litrlik mühərrikə əsaslanan iki hibrid versiya – adi və təkrar doldurulan, - da var. Ötürmə - ön oxa və ya tam ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər vergilər nəzərə alınmadan baza modeli üçün 27,500 dollardan, adi hibrid üçün - 38,400 dollardan, plagin hibridi üçün isə 38,500 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.