Ford şirkəti ramalı Expedition ofrouderini yeniləyib. 2022-ci model ilinə aid edilən avtomobilin eksteryer dizaynı və texniki hissəsi təkmilləşdirilib, habelə ofrouderin avadanlıq siyahısına müasir elektron sistemlər əlavə edilib. Əlavə olaraq, modifikasiya çeşidinə yeni ekstremal Timberline versiyası və yenidən tənzimlənmiş asqısı olan Stealth Edition idman paketi daxil edilib.

Timberline off-road versiyasını alan ilk Ford modeli Explorer krossoveri olub. İndi isə, Expedition modeli oxşar versiyanı əldə edib. Expediition Timberline versyası adi modeldən narıncı dekoru olan qara radiator barmaqlığı, 27 santimetrə qədər artırılmış klirensi və genişləndirimiş təkər izi, habelə artırılmış giriş və çıxış bucaqları və 33-düymlük Goodyear Wrangler AT ofroud şinləri ilə fərqlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Expedition modeli Ford F-150 Raptor pikapından iki pilləli ötürmə qutusunu və altlığın müdafiəsini, Bronco modelindən isə, manevrlər zamanı yardım edən  Trail Turn Assist sistemini miras olaraq alıb. Expedition Timberline versiyası standart olaraq iki turbokompressorlu 3,5-litrlik EcoBoost V6 mühərriki ilə təchiz edilir, lakin bu aqreqatın hasilatı 440 at qüvvəsinə və 692 Nm fırlanma anına qədər artırılıb.

Stealth Performance Edition paketi də 440 at qüvvəli V6 mühərriki ilə təchiz edilmiş ofrouder üçün nəzərdə tutulub və Expedition modelini idman görünüşü ilə təmin etməlidir. Bu dəstin tərkibinə yenidən işlənmiş asqı, parlaq qara rəngli eksteryer elementləri, qırmızı rəngli əyləc supportları, 22 düymlük alüminium təkər diskləri və tünd rəngli emblemlər daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Expedition XL, STX və XLT versiyalarının mühərriki 380 at qüvvəsi və 637 Nm fırlanma anı, Limited, King Ranch və dəbdəbəli Platinum versiyasında isə 400 at qüvvəsi və 651 Nm fırlanma anı hasil edir. Yenilənmiş Expedition modelinin standart təchizatına yol kənarlarını aşkarlama sistemi, ani olaraq qarşıya maneələri ötüb-keçmə, arxaya hərəkət və kəsişmələri keçmə yardımçıları, habelə 64 km/saatdan yuxarı sürətlərdə aerodinamikanı yaxşılaşdıran Active Air Dam funksiyasını özündə birləşdirən “ağıllı” köməkçilər dəsti daxil edilib.

Ən əhəmiyyətli yenilik isə, adı General Motors konserni ilə mübahisəyə səbəb olan BlueCruise magistral avtopilotudur. Sistem, SAE təsnifatına görə ikinci avtonomluq səviyyəsinə aiddir və “mavi zonalar” adlanan yolların müəyyən hissələrində sürücüyə əllərini sükan çarxından çəkməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Expedition modelinin salonunda 12,4-düymlük rəqəmsal cihazlar paneli və SYNC 4 multimedia sisteminin 15,5-düymlük şaquli displeyini görmək olar - eyni ekranla Mustang Mach-E elektrik krossoveri də təchiz olunur. Yenilənmiş ofrouder subvufer də daxil olmaqla, 22-dinamikli Bang & Olufsen Unleashed səs sistemi ilə də təchiz edilir.

Qoşqunu yedəyə almaq arzusunda olanlar arxa görünütü kamerası və parkinq sensorlarından istifadə edən Pro Trailer Backup Assist 2.0, habelə Heavy-Duty Trailerr Tow Package sistemlərini sifariş edə bilərlər. Bu sistemlər Expedition modelinə 4,2 tona qədər çəkisi olan qoşqunu yedəyə almağa imkan verir.

2022-ci modelinin Ford Expedition ofrouderi Kentukki ştatının Luisvill şəhərindəki Kentucky Truck Plant zavodunda istehsal ediləcəkdir. Yenilənmiş ofrouderin ABŞ bazarındakı satışlarına gələn ilin birinci rübündə başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.