Ford şirkəti, «Kansas City Royals» komandasının «Dünya Liqasındakı» qələbəsinə həsr etdiyi Ford F-150 XLT pikapının xüsusi modifikasiyanı təqdim etmişdir. Xatırladaq ki, «Dünya Liqası» adı ilə keçirilən yarış beysbol üzrə Baş Beysbol Liqasının həlledici yarışı sayılır və Milli Liqanın qalibi ilə Amerikan Liqasının çempionu arasında təşkil edilir. Xüsusi modifikasiyaya MVP – Most Valuable Player («Ən dəyərli oyunçu») mükafatının adı verilmişdır. 2015-ci ildə «Dünya Liqasının» MVP mükafartına «Royals» komandasının ketçeri Salvador Perez layiq görülmüşdür.

Belə bir modifikasiyanın burax;lması ideyası «Royals»ların fanatı olan Mark Lassala məxsusdur. Mark Lassal, Ford şirkətinin rəhbərliyinə, 1985-ci ildə «Royals»ın Dünya Liqasında ilk qələbəsinə həsr edilmiş Ranger MVP modifikasiyasının buraxıldığını xatırlatmışdır. İdeya Ford şirkətinin menecerlərinin xoşuna gəlmiş və onlar «Royals» komandasının yeni titulunu xüsusi seriyanın buraxılışı ilə qeyd etmək qərarına gəlmişdirlər.

Ford F-150 MVP Edition modifikasiyasının kuzovu iki xüsusi rəngə - mavi (Blue Flame) və ya ağ (Oxford Wite) çalarına boyanır, xromdan olan işləmələr və MVP Edition yazıları ilə təchiz edilir. Bununla belə, Ford şirkəti xüsusi modifikasiyanın qiyməti və texniki göstəriciləri haqqında məlumat verməkdən imtina etmişdir. 300 ədəd məhdud sayda buraxılacaq xüsusi avtomobillərin istehsalı Ford şirkətinin Kanzasdakı zavodunda həyata keçiriləcəkdir. 

Ford F-150 XLT pikapı Amerika Birləşmiş Ştatlarında 31790 dollara satılır. Avtomobilin mühərrik qammasına 2,7-litrlik (325 a.q.) və 3,5-litrlik (365 a.q.) EcoBoost turbomühərrikləri, həmçinin, 3,5-litrlik (282 a.q.) və 5,0-litrlik (385) atmosfer tipli mühərriklər də daxildir.

Image alt Image alt Image alt Image alt Image alt