Ford şirkəti F-150 pikapının ən ekstremal versiyası olan Raptor R modelini sakitcə yeniləyib. Pikap, Mustang Shelby GT500 fastbəkindən götürülmüş kompressorlu 5,2-litrlik V8 mühərrikini qoruyub saxlayıb, lakin mühərrək bir qədər daha güclü olub. Mühərrikin girişdəki itkiləri azaldıb və tənzimləmələrinə yenidən baxılıb ki, bu da eyni 868 Nm fırlanma anını saxlmaq ilə hasilatı 710-dan 730 at qüvvəsinə qədər artırmağa imkan verib.

Üstəlik, bunlar artıq daha geniş dövrə diapazonunda mövcuddur. 2024-cü ilin F-150 Raptor R modeli güüc baxımından Ram 1500 TRX (712 at qüvvəsi) pikapını üstələyib, lakin dartma qabiliyyətinə görə (881 Nm) bir qədər geri qalır.

Əvvəlki kimi, F-150 Raptor R modeli 10-pilləli avtomatik transmissiya, tam ötürmə və iki pilləli paylayıcı qutu ilə təklif edilir. Pikap yeni iki klapanlı Fox Racing Shox amortizatorlarını alıb. Onları həmçinin adi V6 Raptor pikapında da quraşdırılır.

Disklərə xarici diametri 37 düym olan BFGoodrich All-Terrain T/A KO2 şinləri taxılıb. Avtomobilin klirensi 333 millimetrdir. Giriş, çıxış və eniş bucaqları müvafiq olaraq 33,1, 24,9 və 24,4 dərəcədir. Standart avadanlığa 12 düymlük displeyi olan SYNC 4 media sistemi, xarici avadanlıqlar üçün açarları olan paylama bloku, dairəvi müşahidə sistemi və yedəkləmə köməkçisi daxildir.

Şübhə yoxdur ki, bir müddət sonra yenilənmiş Raptor R Hennessey atelyesinin tünerləri tərəfindən təkmilləşdiriləcək. Onlar əvvəlki pikapa əsaslanan VelociRaptoR 1000 modelini 1014 at qüvvəsi və 1152 Nm fırlanma anı ilə təmin edə bilmişdilər, lakin yeni pikapın hasilatını daha çox artırmaq olar.

Modifikasiya proqramına standart Eaton kompressorunun daha böyük kompressorla əvəz edilməsi, yanacaq, giriş və buraxılış sistemlərinin təkmilləşdirilməsi daxildir. Belə bir pikapın qiyməti hələ də məlum deyil. F-150 Raptor R modelinin özü isə təxminən 110 min dollara başa gəlməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.