Ford şirkəti Avropada hibrid güc aqreqatı ilə təchiz edilən S-Max və Galaxy minivenlərinin yeni versiyalarını təqdim edib. Hər iki model qarışıq rejimdə 100 kilometrə təxminən 6,5 litr benzin sərf edir və havaya dizel analoqlarından 10% daha az CO₂ atır.
Ford S-Max Hybrid
Ford S-Max Hybrid və Galaxy Hybrid modelləri Atkinson dövrü ilə işləyən 2,5-litrlik benzin mühərriki, elektromotor, variator və 1,1 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunurlar. Hibrid qurğunun ümumi hasilatı 190 at qüvvəsi və 200 Nm fırlanma anıdır. Minivenlar elektrik ötürməsi ilə hərəkətə başlaya və qısa məsafə qət edə bilərlər. Buna görə də, hibrid əlavə daxili yanma mühərrikinin optimal işləməsini təmin edir, yanacaq sərfiyyatını və zərərli tullantıları azaldır. Ford S-Max və Galaxy hibridləri 100 km/saat həddinə, müvafiq olaraq, 9,8 və 10 saniyəyə sürətlənirlər. CO₂ emissiyası bir kilometrə, müvafiq olaraq, 146-147 və 148-149 qramdır.
Ford Galaxy Hybrid
Minivenlərin batareyası ya mühərrikdən, ya da əyləc enerjisinin 90 faizini tutan rekuperasiya sistemindən avtomatik olaraq doldurulur. Enerji istehlakı barədə məlumatı 10-düymlük ekranda izləmək olar. Hibridlərin standart təchizatına, 10 qurğunu birləşdirməyə imkan verən Wi-Fi nöqtəsi olan və bəzi funksiyaların smartfondan idarə edilməsini təmin edən FordPass Connect modemi, habelə real vaxt rejimində tıxacları göstərən naviqasiya sistemi daxildir. Bundan başqa, Ford S-Max Vignale Hybrid adlı top versiya qızdırılan, havalandırılan və masaj funskiyası olan ön oturacaqlara malikdir.
Ford şirkətindən hibrid minivenların yalnız başlanğıc olduğunu bildiriblər. Amerikan istehsalçısının planlarında 2021-ci ilin sonuna qədər daha 15 elektrikləşdirilmiş modeli təqdim etmək vardır. Üstəlik, bu modellər həm "yumşaq" hibridlər, həm də tam elektrik güc qurğuları ilə təchiz edilən avtomobillər olacaqdır.