Ford şirkəti Dallasda keçirilmiş avtoşouda isti iqlimi olan şəhərlər üçün nəzərdə tutulmuş Edge krossoverini təqdim etmişdir. SEL Sport Appearance Package dəsti ilə təchiz edilmiş krossoverin oturacaqlarının tərtibatında dərindən istifadə edilməmişdir.
Ford nümayəndələrinin sözlərinə görə, dəridən imtinanın əsas səbəbi «daha ekstremal iqlim şəraitində» yaşayan müştərilərin çoxsaylı müraciətləri olmuşdur. Belə ki, Dallasda günəşli günlərin sayı 230-a çatır ki, belə şəraitdə də parça üzlü oturacaqlardan istifadə edilməsi daha məqsədəuyğundur. Şirkətdən həmçinin bu şəhərdə satılan parça salonlu Edge krossoverlərinin dəri salonu olanlara nisbətən böyük üstünlük təşkil etdiyini bildirmişdirlər.
Ford Edge krossoverinin yeni variantının oturacaqları parça və deşikli zamşa ilə üzlənmiş, həmçinin iki rəngli sxemə malikdirlər. Bundan əlavə, avtomobilin təchizatına smartfonları dəstəkləyən multimedia sistemi və arxa görüntü kamerası olan parktronik sistemi daxil edilmişdir. Eyni zamanda, əlavə ödənişlə panoram tavanı, naviqasiyanı, kor zonalara nəzarət sistemini və baqajın toxunuş olmadan açılması funksiyasını sifariş etmək olar.
Zahiri cəhətdən Edge SEL Sport Appearance Package modelini tünd-boz (Magnetic Metallic) rəngli 19-düymlük təkər disklərindən tanımaq mümkündür.
Bundan başqa, avtomobilin radiator barmaqlığı, güzgülərin gövdələri, arxada quraşdırılan spoyler və kuzov dəstinin elementləri disklərlə eyni rəngə boyanmışdırlar.