Ford şirkəti platformasını Kuga /Escape və Bronco Sport krossoverləri ilə bölüşəcək yeni yığcam Maverick pikapının debütünə hazırlaşmağa davam edir. Yeni modelin təqdimatı 8 iyun 2021-ci il tarixində keçiriləcəkdir.
Ford Maverick amerikan markasının ən yığcam pikapı olacaqır. Yeni pikapın Focus modelinin, habelə Kuga/Escape və Bronco Sport krossoverlərinin əsasını təşkil edən C2 platformasında inşa ediləcəyi gözlənilir. Ford Maverick pikapının istehsalı hazırda Bronco Sport ailəsinin yığıldığı Hermosilliodakı (Meksika) zavodda yerləşdiriləcəkdir.
Yeni pikap daşıyıcı kuzova və müstəqil asqıya sahib olacaq və Hyundai Santa Cruz modeli ilə rəqabət aparacaqdır. Maverick mühərrik çeşidinə 184 at qüvvəli EcoBoost turbomühərriki ilə yanaşı, 248 at qüvvəli 2,0-litrlik turbomühərrikin də daxil olacağı güman edilir.
Hər iki aqreqat səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Ötürmə - ön oxa və tam olacaqdır.
Dərc edilmiş videoçarxda qısa müddət ərzində yeni Ford Maverick pikapının arxa hissəsini də görmək olar. Ancaq bu, yük platformasındakı Hybrid yazılarını görmək üçün kifayət edib. Buna görə, yeni pikapın hibrid versiyaya sahib olacağını ehtimal etmək olar. Bu versiya 250 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz oluna bilər.
Ford Maverick pikapının təqdimatı gələn çərşənbə axşamı keçiriləcəkdir. Yeni pikapın qiymətinin 20.000 dollardan başlayacağı gözlənilir.