Ford şirkəti Mondeo modelinin konsepsiyasını radikal şəkildə dəyişmək niyyətindədir. Son 20 ildə Mondeo sedan və universallarına olan tələbat kəskin surətdə azalmağa başlayıb. Xatırladaq ki, modelin satışlarının pik həddə çatdığı 2001-ci ildə Britaniyada 86 minə yaxın Mondeo satılıb. Bu markanın adadakı ümumi satışlarının 21 faizini təşkil edirdi.

Odur ki, amerikan markasının rəhbərliyi Mondeo modelini krossoverə çevirmək qərarına gəlib. Məlum məsələdir ki, son zamanlar dəbdə olan krossoverlər daha geniş alıcı auditoriyasını cəlb edirlər.

2022-ci ildə istehsala gedəcək yeni krossoverin sınaq prototpləri artıq ümumi istifadə yollarında casuslara rast gəliblər. Yeni Ford Mondeo krossoveri təkcə hetçbek və universalın yerini Doldurmalı deyil, eyni zamanda istehsaldan çıxardılmış B-Max və C-Max minivenlərinin alıcılarını da cəlb etməlidir.
Mənbə: AutoExpress.co.uk