Ford şirkəti ən populyar pikapını - F-150 modelini yeniləyib. Ford F-150 modeli təxminən yarım əsrdir ki, istehsal olunur. 2020-ci ildə pikapın 14-cü nəsli debüt edib, odur ki, planlaşdırılmış restaylinqin tam vaxtıdır. Yenilənmiş Ford F-150 və onun “bərkgedən” F-150 Raptor versiyası Detroit avtosalonu ərəfəsində təqdim olunub.

Ford vaxtı uzatmadan artıq sifarişləri qəbul etdiyini bildirib və yenilənmiş pikapın satış qiymətlərini açıqlayıb: pikapın baza versiyasının qiyməti 36 570 dollardan (çatdırılma daxil deyil), “bərkgedən” F-150 Raptor pikapının qiyməti isə 77 980 dollardan başlayır. Bu, restaylinqdən əvvəlki modeldən bir neçə min dollar bahadır.

Ford F-150 Tremor

Yeniləmə standart ssenariyə əsasən aparılıb. Pikap yeni, daha aqressiv bamperlərə, modernləşdirilmiş optikaya və fərqli radiator barmaqlığına sahib olub. Onun interyeri də müasirləşdirilib, standart təchizatı genişləndirilib, təchizat səviyyələri və mühərrik çeşidi yenidən nəzərdən keçirilib - baza aqreqatı sayılan 3,3-litrlik V6 mühərriki çeşiddən çıxarılıb.

Yenilənmiş Ford F-150, xarakterik "mötərizələri" olan şaquli LED gündüz hərəkət işıqlarını alıb. Ön fənərlər sarı dönmə siqnalları ilə ayrılmış iki bloka malikdirlər. İşıqlandırma texnikası radiator barmaqlığına inteqrasiya olunub ki, barmaqlığın da dizaynı əvvəlki kimi seçilmiş təchizat səviyyəsindən asılıdır. Məsələn, narıncı aksentləri ilə seçilən Tremor versiyasında radiator barmaqlığı, vizual olaraq, qoşa parlaq zolaqla iki yerə bölünür.

Arxa tərəfdəki ən vacib dəyişiklik – arxa bortun yeni Pro Access Tailgate açılış sxemidir. İndi o, nəinki aşağı açılır, həm də onun ortasında taybatay (37-100 dərəcə bucaq altında açılır) açılan qapağa malikdir. Bu yükün götürülməsini asanlaşdırmalıdır. Bu həll bortun tutacağına qədər olan məsafəni azaltmağa imkan verir və əlin uzandığı zonanı təxminən yarım metr artırır.

İndi salonda multimedia sisteminin 12-düymlük ekranı (standart təchizata daxildir) və F-150 modeli üçün ilk dəfə təklif olunun əlavə proyeksiya displeyi var. Artıq başlanğıc səviyyəli pikapın avadanlıq siyahısına t zolaq dəyişdirmə köməkçisi və təkmilləşdirilmiş zolaqda saxlama funksiyası da daxil olmaqla 10 köməkçi sistem daxil edilib. Digər təkmilləşdirmə - artıq mərkəzi displeydə xarici kameralardan alınan iki təsvir göstərilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

F-150 ailəsindəki ən güclü və bahalı pikap F-150 Raptor modelidir. Seçmək üçün iki mühərrik var: 456 at qüvvəli iki turbokompressorlu V6 və şirkətin məlumatına görə, "700 at qüvvəsindən çox" gücə malik olan 5,2-litrlik V8 aqreqatı. Sonuncu aqreqat R indeksi olan Raptor pikapının imtiyazıdır. İlkin məlumatlara görə, ekstremal pikapın qiyməti 111 min dolların üzərində olmalıdır.

Ford F-150 və F150 Raptor pikaplarının satışının başlanması 2024-cü ilin əvvəlinə planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.