Ford şirkəti Puma modelinin video-tizerini dərc edərək, yeni modelin debüt tarixini açıqlayıb. Yığcam krossover 26 iyun tarixində təqdim ediləcəkdir. Onun avropa bazarındakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır.
Ford Puma krossoveri əlverişli və tutumlu yığcam avtomobillərə ehtiyacı olan iri şəhərlərin sakinlərinə ünvanlanıb. Mahiyyətcə Puma krossoveri dördüncü nəsil Focus modelinin və yeni Kuga krossoverinin üslubunda dizayna malik olan hündür hetçbekdir. Modelin maraqlı cəhətlərindən biri 456 litrlik həcmə malik olan transformasiya edilən baqaj bölümüdür.
Puma krossoveri Ford EcoBoost Hybrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu qurğunun tərkibinə EcoBoost ailəsindən olan 1,0-litrlik turbomotor, ötürməli startyor-generator (BIGS) və 48-voltluq batareya daxildir. DIGS əyləcləmə zamanı enerjini rekuperasiya edəcək, həmçinin intensiv sürətlənmələr zamanı DYM-nə yardım göstərəcəkdir. Güc qurğusunun ümumi hasilatı 155 at qüvvəsi, yanacaq sərfiyyatı isə, 100 kilometrə 5,4 litr təşkil edəcəkdir.
Qeyri rəsmi məlumata görə, amerikan istehsalçısı krossoverin 200 at qüvvəsi hasil edən 1,5-litrlik üçsilindrli turbomühərriklə təchiz ediləcək Puma ST versiyasını da hazırlayır. Ford Puma markanın Rumıniyadakı Craiova Assembly Plant zavodunda buraxılacaqdır. Ford bu zavodun yenilənməsinə 1,5 milyard avro sərmayə qoyub.