Ford şirkəti Volkswagen konserninin MEB platformasında inşa edilmiş Explorer və Capri elektrokarlarının satışlarında çətinliklərlə üzləşib. Satışların ləng getməsi səbəbindən Kölndəki zavod Milad bayramına qədər bir həftəlik fasilələrlə işləmək məcburiyyətindir. Lakin bütün çətinliklərə baxmayaraq, Ford Avropa üçün üçüncü elektromobilini – yığcam Ford Puma Gen-E krossoverini təqdim edib. Onun üzərində işlər bir neçə il əvvəl başlandığından, bu layihədən imtina etmək mümkün olmayıb.

Elektrokar, Avropada çox populyar olan yanacaqlı Ford Puma krossoverinin əsasında yaradılmış tamamilə müstəqil bir işləmdir: keçən il Köhnə Dünyada 160 min Puma krossoveri satılıbki, bu da modelin bütün istehsal dövrü ərzində əldə edilmiş rekord göstəricidir.  

Batareyalı modifikasiya zahiri cəhətdən yanacaqlı krossoverdən radiator barmaqlığının olmaması ilə fərqlənir, arxa tərəfdə isə, bir qədər dəyişdirilmiş spoyler peyda olub. 

Elektrokar iki eksklüziv kuzov rənginə (sarı Electric və mavi Digital Aqua), həmçinin özünəməxsus dizaynı olan 17-19 düymlük təkər disklərinə malikdir. Bəyan edilən klirens (yük olmadan) - 157 millimetrdir.

Salondakı əsas yenilik benzin versiyalarındakı transmissiyanın adi dəstəyini əvəzləmiş yığcam selektor yerləşən tamamilə yenidən işlənmiş iki səviyyəli mərkəzi tuneldir. 

Qalan cəhətdən interyerdə heç bir dəyişiklik yoxdur: günəşliksiz 12,8-düymlük cihazlar paneli, 12-düymlük ekrana malik olan və Android Auto və Apple CarPlay simsiz protokollarını dəstəkləyən Sync 4 media sistemi, həmçinin minimum fiziki düymələr yerində qalıb.

Yanacaqlı model kimi, Puma Gen-E elektrokarı öz sinfi üçün əhəmiyyətli baqaj həcminə malikdir (rəf altında 574 litr və arxa cərgə qatlanmış halda 1283 litr), üstəlik, 43 litrlik ön baqaj peyda olub.

Ford Puma Gen-E elektromobilinin güc qurğusu ön oxda yerləşən elektrik mühərrikindən (168 at qüvvəsi, 290 Nm) və 43 kilovat/saatlıq dartma batareyasından ibarətdir. Təchiz edilmiş şəkildə çəkisi 1488 kiloqram olan baza krossoveri 100 km/saat həddini 8 saniyəyə yığa və dolu batareya ilə 376 kilometr qət edə bilir.

Bununla belə, daha böyük 18-düymlük təkər disklərini seçdikdə yürüş məsafəsi 364 kilometrə qədər azalır, 19-düymlük disklərlə isə, bəyan edilən məsafə 347 kilometr təşkil edir. DC şarjın doldurma gücü 100 kilovatdır. Batareyanın ehtiyatını 10-dan 80 faizə qədər bərpa etmək üçün 23 dəqiqə lazımdır. Maksimal sürət 160 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Puma Gen-E elektrik versiyasının istehsalı  Rumıniyada adi benzin krossoverlərinin buraxıldığı eyni zavodda təşkil ediləcək. Bununla belə, mühərrik modulları Böyük Britaniyadan tədarük ediləcək. Almaniyada Puma elektrik krossoverinin qiyməti 36 900 avrodan başlayacaq və ilk əmtəə avtomobillərinin tədarükünə isə, 2025-ci ilin yazında başlamaq planlaşdırılır. Müqayisə üçün: benzin versiyasının qiyməti 28 900 avrodan başlayır, Puma ST top hibrid versiyası isə, ən azı 40 600 avroya başa gələcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.