Volkswagen yeni Сalifornia modelinin təqdimatına hazırlaşarkən, Ford təşəbbüsü öz üzərinə götürməyə qərar verib və növbəti nəsil Ford kemperini təqdim edib.İlk dəfə olaraq, model Atkinson dövrü üzrə işləyən 2,5-litrlik (232 at qüvvəsi) mühərrikə əsaslanan plagin hibrid güc qurğusu ilə təklif olunacaq.
Belə minivenlər bir il ərzində bazara çıxmalıdırlar. Xətti açmaq hüququ 170 at qüvvəli EcoBlue dizel mühərriki və səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş Nugget Titanium versiyasına həvalə edilib.
Kemper adi Transit Custom avtomobili kimi, müstəqil arxa asqıya və opsional tam ötürməyə malik olan yeni platforma üzərində inşa edilib. Ven dönən oturacaqlara, ön panelin yenidən işlənmiş dizaynına və düz döşəməyə sahib olub ki, bütün bunlar salona və yaşayış sahəsinə daxil olmağı asanlaşdırmalıdır.
Bundan əlavə, Transit Custom Nugget inteqrasiya olunmuş ayaq dayaqları, qızdırılan ön oturacaqlar, üç yerlik arxa divan və USB-C portları ilə təchiz olunub.
Mətbəx modulu L formalı plana malikdir. Burada irəli çıxan yeni soyuducu, qaz sobası və tas var. İş səthinin sahəsi 20% artırılıb, bütün çəkməcələr soft-close rəzələri və irəli çıxan tutacaqlarla təchiz olunub.
Transit Custom Nugget miniveninin yeni funksiyaları arasında yuxarı açılan dam, stol və stulları saxlamaq üçün quraşdırılmış bölmə və günəşə qarşı rulon pərdələr var. Soyuq/isti suyu olan duş standart təchizata daxildir.
Bundan əlavə, 5G modem, 13 düymlük mərkəzi displeyi olan SYNC 4 media sistemi və günəş panelləri (opsional) mövcuddur. Yaşayış modulu 7 düymlük sensorlu ekranla idarə olunur: o, su çənlərinin doldurulma səviyyəsini, akkumulyatorun və işıqlandırmanın vəziyyətini göstərir, üstəlik, avtomobilin rəvan dayanmasını təmin etmək üçün rəqəmsal inklinometrlə təchiz olunub.
Transit Custom Nugget kemperinə üçün sifarişlər artıq qəbul edilir. Ford kemperinin qiyməti 76.500 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.