Vaxtı ilə Puma adını Ford Fiesta modelinin bazasında hazırlanmış dəbli kupe daşıyırdı. Lakin, avtomobil aləmində cərəyan edən son meyllər Puma modelinin krossoverə çevrilməsinə təkan veridi. Beləliklə, Ford Puma tamamilə başqa formatda qarşımıza çıxır. Ən maraqlısı odur ki, yeni Puma da Fiesta hetçbekinin gücləndirilmiş platformasında inşa edilib. Avropa bazarında Ford Puma uğur qazanmayan EcoSport modelini əvəzləyəcəkdir.
Ford Puma da amerikan istehsalçısının son dizayn üslubunda yaradılmış görünüşə malik olub. Avtomobilin seçilən xüsusiyyətləri iri radiator barmaqlığı, mürəkkəb formalı ön bamper və gündüz hərəkət işıqlarının xarakterik formasıdır. Ford şirkəti yeni Puma modelini krossover kimi səciyyələndirsə də, avtomobil daha çox hündür klirensə malik olan hetçbeki xatırladır.
Yeni krossover qabarit uzunlu]u 4190 mm, eni - 1800 mm, hündürlüyü isə 1540 mm təşkil edir. Beləliklə, Puma Fiesta modelindən 15 sm qısadır. Krossover standart olaraq 17-düymlük təkər diskləri ilə təchiz edilir. Opsional olaraq 18 və hətta 19-düymlük diskləri də sifariş etmnək olar.
Avropa bazarına ünvanlamış avtomobili sürətlənmə zamanı əlavə 20 Nm fırlanma anı hasil edən 48 voltluq şəbəkədən qidalanan startyor-generator (BISG) ilə təchiz edilir. Startyor-generator isə, öz növbəsində, 1,0-litrlik üçsilindrli EcoBoost mühərriki ilə tandemdə çalışır. Bu mühərrik iki güc variantında - 125 və 155 at qüvvəsində, - təklif edilir. Krossoverin dizel variantı 120 at qüvvəli 1,5-litrlik EcoBlue turbodizeli ilə təchiz ediləcəkdir. Transmissiyalar - altıpilləli mexaniki və ya yeddipilləli iki muftalı «robot» qutulardır.
Ford dəfələrlə Puma modelinin öz sinifi üçün rekord həcmli - 456 litrlik baqaj bölümünə malik olacağını bəyan edib. Bundan başqa, baqaj döşəməsinin altında əlavə çıxarılan rezin altılığı və drenaj nöqtəsi olan 80 litrlik mənkan da mövcuddur. Baqaj qapısı isə, elektrik ötürməsi ilə açmaq olar.
Ford Puma modelinin təchizatına yol nişan və xəttlərinin tanınması, arxaya hərəkət zamanı qəzaları önləyən və avtomobili park etməyə yardım edən Co-Pilot360 təhlükəsizlik kompleksi, adaptiv kruiz-kontrol, avtomatik uzaq işıqlar və massaj funksiyası olan oturacaqlar daxildir.
Bundan başqa, avadanlıq siyahısına 12,3-düymlük rəqəmsal panel, smartfonların induksion doldurulması sistemi, 8,0-düymlük ekranı olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəklətən Sync3 multimedia sistemi, sabvuferi və 10 dinamiki olan Bang&Olufsen səs sistemi, 19 qurğunu birləşirmək imkanı,WiFi girş nöqtəsi olan Ford Pass Connect sistemi daxil edilibdir.
Ford Puma modeli avropa dilerlərinin salonlarında bu ilin sonuna qədər peyda olmalıdır. Krossoverin bizim bazarda təklif ediləcəyi barədə məlumat verilməyib.