Ford Authority nəşrinin Amerika Birləşmiş Ştatlarının Patent və Ticarət Nişanları Ofisinin (USPTO) kataloquna istinadən verdiyi məlumata görə, Ford şirkəti bu ilin 3 iyun tarixində yeni model üçün adı patentləşdirib. Patentdə, Outfitters ticarət nişanının "nəqliyyat vasitələri, avtomobillər, pikaplar, elektrik nəqliyyat vasitələri, yolsuzluq avtomobilləri, krossoverlər, eləcə də onların struktur elementlərinə" aid edilə biləcəyi qeyd olunur.
Fonetik nöqteyi-nəzərdən o qədər də yaxşı səslənməyən ad, üstəlik çoxluq mənasını kəsb edir. Çox güman ki, Outfitters adı yeni model üçün deyil, xüsusi versiya və ya təchizat səviyyəsi üçün istifadə ediləcəkdir. Bununla yanaşı, Ford şirkətinin bu adı yeni yolsuzluq avtomobili üçün ehtiyatda saxlaması da mümkündür.