Dizel mühərriki ilə təchiz edilmiş Ford pikaplarının sahibi amerikan istehsalçısına qarşı kollektiv iddia qaldıraraq, Ford şirkətini zərərli tullantıların həcmini azaltmaqda günahlandırıblar. Ehtimal edilir ki, Ford şirkəti də Volkswagen konserni kimi, stend sınaqları zamanı aldadıcı proqram təminatından istifadə edib. Bu barədə xəbəri Automotive News nəşri yayıb.

İddiada 2011-ci ildən 2017-ci ilə qədər satılmış 500 min ədəd F-250 və F-350 Super Duty pikapının şübhə altında olduğu göstərilir.

Pikap sahiblərinin bildirdiyinə görə, belə avtomobillərin atmosferə atdığı azot oksidinin həcmi müəyyən edilən normalardan 50 dəfə çoxdur. İş üzrə cavabdeh qismində Bosch şirkəti də iştirak edir. Avtomobil sahiblərinin fikrincə, Bosch şirkəti amerikan istehsalçısına pikapların qüsurunu gizlətməkdə və mühərriklərin güc xarakteristikalarını təmin etməkdə köməklik göstıərib.

Ford şirkətindən iddiaya verilən cavabda Ford avtomobillərinin zərərli tullantılar üzrə federal tələblərə cavab verdiyini və onlarda aldadıcı proqram təminatının quraşdırılmadığını bildirib. Bu səbəbdən də şirkət ittihamları əsassız sayır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt