Hannoverdə keçirilən Beynəlxalq kommersiya nəqliyyatı sərgisində Ford şirkəti F-Vision adlı elektrik yedəkçisinin konseptini nümayiş etdirib. Konseptin hazırlanması ilə Türkiyənin Koç Holding ilə Ford şirkətinin birgə müəssisəsi olan Ford Otosan şirkəti məşğul olub.
Şirkətdən Ford F-Vision modelinin dizaynının Marvel kainatının qəhrəmanlarının ətraf mühitə uyğunlaşmaq qabiliyyətlərindən ilham alınaraq yaradıldığı bildirilibdir. Konseptin əsas cəhətləri Tesla Semi modelinin üslubunda yaradılan aerodinamik kuzov, iri şüşə səhti, havalandırma girişlərini çərçivəyə alan C-şəkilli işıqdiodlarından fənərlər və aşağı hissədə yerləşən qapıdır. Konseptin texniki xüsusiyyətləri barədə məlumat verilməyib. Prototipin elektrik mühərriki və dördüncü dərəcəli avtonom idarəetmə sistemi ilə təchiz edildiyi məlumdur. Ford F-Vision bağlı təkərləri olan aerodinamik yedəyə və digər hərəkət iştirakçılarına ünvanlanan müraciətləri əks etdirən “interaktiv ön panelə” sahibdir.
Dörd elektromotorla təchiz edilmiş Tesla Semi yedəkçisi 2020-ci ildə seriyaya getməlidir. 36 tonluq yedək qoşulmuş elektrik yedəkçisi 96 km/saat həddinə 20 saniyəyə sürətlənir. Semi modelinin maksimal yürüş ehtiyatı 805 kilometrdir.