Ford şirkətinin Oqayo ştatının Lebanon şəhərindəki dileri 727 at qüvvəli Mustang kupesinin satışlarına başlamışdır. Ən maraqlısı da dilerin avtomobil üçün təyin etdiyi satış qiymətidir. Yeri nümayəndəlik avtomobil üçün nə az, nə çıx 39995 dollar tələb edir. Müqayisə üçün xatırladaq ki, 717 at qüvvəli mühərriklə hərəkətə gələn «qaynar» Dodge Challenger kupesini əldə etmək üçün 64200 dollar tələb olunur. Diler tərəfindən təklif edilən kupe standart Ford Mustang GT350 modelinin əsasında hazırlanmışdır.
Xatırladaq ki, Ford GT350 avtomobili gücü 435 at qüvvəsi olan 5,0-litrlik səkkiz silindirli mühərrik ilə təchiz edilir. Diler sportkarın mühərrikinə Phase 2 Roush kompressorunu quraşdırmışdır ki, bu kompressor sayəsində də mühərrik 292 at qüvvəsi əlavə gücə sahib olmuşdur.
Adi Ford Mustang GT350 modelinin satış qiyməti 32400 ABŞ dolları təşkil edir. Roush firmasının kompressorunun quraşdırılmasına isə, 7500 dollar tələb olunur. Lebanon Ford şirkətinin meneceri Çarli Uotsonun sözlərinə görə, avtomobil minimal qiymət artımı ilə satılır. Uotson - «dilerin məqsədinin hər avtomobildən yüksək gəlir götürmək deyil, bu sayaq avtomobillərin pərəstişkarlarının ümummilli bazasının yaradılmasıdır» - deyərək avtomobilin 40 min dollardan aşağı qiymətə satılmasını belə izah etmişdir.
Bununla belə, Uotson çox sayda Mustang avtomobillərinin 45 - 60 minə satıldığını qeyd etmişdir. Əsasən kupeni gücləndirilmiş əyləc sistemi, aerodinamik kuzov dəsti və digər aksessuarlarla sifariş edirlər.