Keçən həftə Skottzdeyldə (Arizona, ABŞ) keçirilən Barrett-Jackson hərracında unikal Ford Bronco Pope Francis Center First Edition ofrouderi satılıb. Ford şirkəti və Roma papasının Detroytdakı mərkəzi tərəfindən hazırlanmış avtomobilin satışından əldə ediilmiş yarım milyon dollar vəsait xeyriyyə məqsədlərinə yönəldiləcəkdir. Avtomobili The Suburban Collection Holdings şirkətnin prezidenti və baş direktoru Dəvid Fişer-kiçik təqdim edib.

Avtomobil Bronco First Edition versiyasına əsaslanır və onun bəzi elementləri 1966-cı ilin Ford Bronco modelinə ehtiramı nümayiş etdirirlər. Onların arasında müasir ofrouderin rəng palitrasında olmayan klassik Wimbledon White ağ kuzov rəngi də var. Eyni rəngə xüsusi sifarişlər hazırlanmış Detroit Steel Wheels təkər diskləri də malikdirlər.

Maraqlı fakt: papa Fransiskin sələflərindən biri olan II İoann Pavel modifikasiya edilmiş Ford Bronco modelini “papamobil” kimi istifadə edib. Roma-Katolik Kilsəsinin başçısı1979-cu ilin oktyabrında ABŞ-a səfəri zamanı, bu avtomobil ilə yerdəyişmələri həyata keçirib

Ford Performance tərəfindən təqdim olunmuş radiator barmaqlığını və ön bamperin üst hissəsini gümüş rənginə boyayıblar, kapota, qapıların aşağı hissəsinə və təkər disklərinə isə, qırmızı Rapid Red haşiyələrini çəkiblər. Salon tərtibatında qırmızı haşiyələri olan ağ və qara rənglərdən istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Bronco Pope Francis Center First Edition ofrouderi əlavə işıq texnikasına, boru qapılara (standart qapıların əvəzinə quraşdırılır) və onların saxlanılması üçün çüvallara, avtomobil seyfinə və bir sıra aksessuarlara sahib olub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.