2023-cü ilin ilk dörd ayının nəticələrinə görə, Ford F-150 pikapı ABŞ-da satışlar üzrə birinci yeri tutub. Bu barədə “Experian“ nəşrinə istinad edən “Automotive News” nəşri məlumat verib. Populyar pikap demək olar ki, 240.000 nüsxədə satılıb. Onu ölkədə ən populyar elektrik avtomobilinə çevrilmiş Tesla Model Y elektrokarı təqib edib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə, Model Y satışları iki dəfə artıraraq, 127 541 ədəd satılıb.
Belə ki, Tesla Model Y indi ABŞ-da əvvəlki illərdə lider mövqelərində olan Toyota Camry, Honda CR-V, Nissan Rogue, Toyota Corolla, Honda Civic, Honda Accord və digər avtomobilləri geridə qoyub.
Model Y, 2023-cü ilin yanvar-aprel aylarında qeydiyyatdan keçmiş 211 min Tesla avtomobillərinin əksəriyyətini təşkil edir. İkinci yerdə 72 259 qeydiyyatla ən ucuz Tesla Model 3 elektrokarı qərarlaşıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur. 8216 (15% çox) qeydiyyatdan keçmiş Model X krossoverinə tələbat da artıb. Amma Model S modelinə isə maraq, əksinə, kəskin şəkildə azalıb: o, cəmi 3826 nüsxədə (- 67%) qeydiyyatdan keçib.
Tesla markasının ümumi nəticədə ikinci yeri tutmasına baxmayaraq, elektromobillər aprel ayında ABŞ-da qeydiyyatdan keçən avtomobillərin cəmi yeddi faizini təşkil edib. Ölkənin avtoparkında 348 mindən bir qədər çox "batareyalı" avtomobil var idi, parkın ümumi tutumu isə artıq beş milyonu ötüb. Bununla belə, analitiklər Tesla markasının uğurunu, istehsal həcmi və aşağı qiymətlər naminə mənfəəti qurban verən İlon Maskın siyasəti ilə əlaqələndirirlər.
ABŞ-da Model Y elektrokrossoveri Ford F-150 pikapına uduzsa da, qlobal bazarda ilin birinci rübündə liderliyi ələ keçirib. Elektromobil ilk dəfə 267,2 min nüsxədə satılaraq, dünyada üzrə bestseller olub. Keçmiş lider Toyota Corolla geridə qaldı: yaponlar müştərilərə 256,4 min avtomobil çatdırmağı bacarıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.