Ford Performance idman bölməsi RTR Vehicles tüninq studiyası ilə birlikdə Mustang Mach-E 1400 elektrik krossoverinin yarış modifikasiyasını təqdim edib. Xüsusi versiya drift yarışlarında və NASCAR yarış seriyasında iştirak edə biləcəkdir.
Mustang Mach-E 1400 idman modifikasiyası elektrik krossoverinin mülki variantından ciddi şəkildə fərqlidir. "Bərkgedən" model yeddi elektrik mühərriki ilə təchiz edilmişdir: mühərriklərdən üçü ön və dördü isə arxa yerləşir. Avtomobil, eyni zamanda 56,8 kilovat-saatlıq nikel-maqnezium-kobalt batareyası ilə təchiz edilmişdir.
Elektrik güc qurğusunun ümumi hasilatı 1400 at qüvvəsi təşkil edir. Üstəlik, dartma qüvvəsini oxlar arasında çevik şəkildə bölüşdürmək mümkündür. Hətta, krossoveri mono-ötürməli etmək də olar - yəni apırıcı kimi ön və ya arxa təkərləri təyin etmək olar.
Mustang Mach-E 1400 modelini yüngülləşdirmək üçün onun kuzov panelləri plastikdən hazırlanmışdır. Ayrıca, avtomobildə 257 km/saat sürətində bir ton yerəbasma qüvvəsi yaradan geniş arxa qanad quraşdırılıb. Eyni zamanda, krossover enerjinin rekupersiya sistemi, tənzimlənən dartmaya nəzarət sistemi və mexaniki əyləclərlə, həmçinin pit-stoplar zamanı yeyin doldurma imkanı ilə təchiz edilmişdir.
Mühəndislərin bildirdiyinə görə, Mustang Mach-E 1400 drift yarışlarında iştirak üçün hazırlanmışdır. Bundan əlavə, mütəxəssislər yarış modelinin NASCAR yarışlarına çıxarmağa söz veriblər. Elektrik krossoverinin "bərkgedən" modifikasiyasının dəyəri hələ də açıqlanmayıb.