Ford şirkəti S650 indeksi ilə tanınan tamamilə yeni Mustang modelinin güc göstəricilərini açıqlayıb. Mühərrikin növündən və variantlarından asılı olaraq, idman avtomobili 319-dan 507 at qüvvəsinə qədər gücə malik olacaqdır. Kapotunun altında 2,3-litrlik dördsilindrli EcoBoost turbomühərriki olan Ford Mustang modelinin baza versiyası artıq yalnız 10-pilləli “avtomat” ilə təchiz ediləcəkdir. 5,0-litrlik V8 atmosfer mühərriki ilə Mustang GT və Mustang Dark Horse versiyalarının alıcıları isə, mühərrikin dövrələrinin avtomatik tənzimlənməsi sistemi olan 6-pilləli mexaniki ötürmələr qutusunu sifariş edə biləcəklər.

Ford Mustang modelinin baza versiyası sələfindən cəmi beş at qüvvəsi güclü olub, fırlanma anı (375 Nm) isə, ümumiyyətlə dəyişməyib. “Mavi Oval” EcoBoost mühərrikini "tamamilə yeni" adlandırır, çünki onun porşen gedişinin və silindrlin diametrinə olan nisbəti dəyişdirilib, yanacaq püskürdülməsi və işlənmiş qazların təkrar dövriyyəsi sistemləri təkmilləşdirilib. Qarışıq rejimdə gözlənilən yanacaq sərfiyyatı 100 kilometrə 9 litr təşkil edir. Bu, yanacaq sərfiyyatının 0,4 litr yaxşılaşdığından xəbər verir.

Coyote atmosfer mühərriki ilə hərəkətə gələn Mustang GT modelinin irəliləyişi daha nəzərəçarpandır. Onun gücü 456-dan 487 at qüvvəsinə, fırlanma anı isə 556-dan 563 Nm-ə qədər yüksəldilib. Elektron idarələnən çəpərciyi olan opsionl buraxılış sistemi ilə hasilatıaltı at qüvvəsi və dörd nyuton metr artırmaq olar.

Nəhayət, Mustang Dark Horse versiyasının mühərriki 507 at qüvvəsi və 567 Nm fırlanma anı hasil edəcəkdir. Belə idman avtomobilləri gücləndirilmiş mühərriki və qeyri-standart transmissiyanı alacaqlar: məsələn, mexaniki transmissiya ilə təchiz edilmiş versiyada üstünlük titandan hazırlanmış selektoru olan dözümlü Tremec ötürmələr qutusuna veriləcəkdir.

Ford Mustang modelinin ilkin çeşidi artıq formalaşıb, lakin qiymət siyahısı 2023-cü ilin yayında satışların başlanmasına yaxın zamanda ictimaiyyətə açıqlanacaqdır. Vaxt keçdikcə idman avtomobilinin Shelby tərəfindən hazırlanmış hardkor GT variantları da daxil olmaqla, bütöv bir xüsusi versiyalar çeşidi təqdim ediləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.