Yeni Ford Expedition başqa görünüşü, iki variantda təkər bazasını, Tremor ofroud versiyasını və qohum Lincoln Navigator ofrouderindəki kimi iki taylı arxa qapını alıb. Mühərrik çeşidinə əvvəlki kimi versiyadan asılı olaraq 406 və ya 446 at qüvvəsi hasil edən 3,5-litrlik V6 EcoBoost turbomühərriki daxildir. Mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. ABŞ-da avtomobilin qiyməti 61 700 dollardan başlayır.
Ford Expedition Platinum
Beşinci nəsil Ford Expedition ofrouderi həmişəki kimi nəhəng və monumentaldır. Standart versiyanın uzunluğu 5,33 metr, uzunbazalı Expedition Max versiyasının isə, 5,61 metrdir. Üçcərgəli salon aktiv həyat tərzinə üstünlük verən böyük ailələr üçün nəzərdə tutulub. Arxa oturacaqlar 40/20/40 nisbətində bölünərək qatlanır və uzun əşyaların daşınmasını asanlaşdırır.
Mərkəzi konsol elektrik ötürməsinə malikdir və demək olar ki, 20 santimetr geriyə doğru hərəkət edərək geniş bölməyə çıxışı təmin edir. Ön paneldə iki ekran var: genişformatlı 24 düymlük ekran və Digital Experience media kompleksinin bir hissəsi olan 13,2 düymlük taçskrin.
Ford Expedition Tremor
Yeni Expedition 10 cihaza internet paylaya bilir, Google xəritələrini, oyun kontrollerlərini dəstəkləyir və Google Play mağazasından proqramlar yükləməyə imkan verir. Seçimlər siyahısına hətta planşetlər üçün ön oturacaqların başlıqlarına bərkidilmiş tutacaqlar da daxildir.
Ofrouder həmçinin zonal xarici işıqlandırma sisteminə və Lincoln Navigator modelində olduğu kimi iki bölməli arxa qapıya da malikdir. Onun açılan hissəsi 227 kiloqrama qədər yükə tab gətirə bilir və Cargo Tailgate Manager dəsti ilə birlikdə baqajı çeşidləyici masa kimi bir şeyə çevirir.
Ford Expedition Platinum
Ofrouder Active, King Ranch, Platinum və Tremor ofroud versiyalarında təklif olunacaq. Sonuncu, dördüncü nəslin modifikasiya çeşidində olan Timberline versiyasını əvəz edib.
Belə Expedition 269 millimetrlik klirensi, elektron kilidlənən arxa differensialı, 33 düymlük OD General Grabber şinləri, altlığın müdafiəsi, yenidən sazlanmış asqı, Trail Turn Assist, Trail 1-Pedal bir pedalla hərəkət rejimi və Rock Crawl profili ilə seçilir.
Expedition Tremor modifikasiyasının mühərriki də fərqlidir - bu, 446 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən 3,5-litrlik EcoBoost “altılığının” HO-versiyasıdır. Standart olaraq belə bir qurğu yalnız Tremor versiyasında quraşdırılır. Active, King Ranch və Platinum versiyalarında mühərrik daha az hasilata malik olacaq: 406 at qüvvəsi və 651 Nm.
Əlavə ödəniş müqabilində Platinum versiyasını Tremor versiyasının mühərriki ilə də sifariş etmək olar. Transmissiya - alternativsiz 10-pilləli avtomatik ötürmələr qutusudur. Firma BlueCruise avtopilotu demək olar ki, bütün Expedition modelllərində quraşdırılır, özü də təkmilləşdirilmiş 1.4 versiyasında. ABŞ-da yeni ofrouderə sifarişlərin qəbuluna oktyabrın sonunda başlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.