Ford şirkəti yenilənmiş Fusion Energy hibridini rəsmi olaraq təqdim etmişdir. Yenilənmiş hibrid avtomobili tam dolu yanacaq çəni və batareyalarla 980 kilometr məsafə qət etmək iqtidarındadır. Bu rəqəm, yenilənmiş avtomobilin əvvəklinə nisbətən 100 kilometr daha uzun yürüş məsafəsinə malik olduğunu bildirir. Amerikan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, ilk 35 kilometri avtomobil elektrik enerjsindən istifadə edərək qət edir. Əvvəlki variantla müqayisədə bu məsafə 10% artırılmışdır. Elektrik enerjisində istifadə zamanı avtomobilin maksimal sürəti 137 km/saat təşkil edir.
Bu göstəricilərin yaxşılaşdırılmasına yeni proqram təminatının tətbiqi və əyləcləmə zamanı enerjini toplayan rekuperasiya sisteminin təkmilləşdirilməsi sayəsində nail olunmuşdur. Amerika Birləşmiş Ştatlarında Ford Fusion Energy hibridinin satış qiymətləri 33995 dollardan (51245 manat) başlayır.
Hibrid avtomobilinin əsas rəqibləri Chevrolet Malibu Hybrid və Toyota Prius modelləridir.
Amerikan analitiklərinin və ekspertlərinin fikrinə görə, elektrokarların və hibrid avtomobillərinin satışları dünya bazarındakı neftin qiymətlərindən güclü şəkildə aslıdır.
Buna baxmayaraq, bir çox avtomobil istehsalçıları əsas üstünlüyü məhz hibrid avtomobillərinə verirlər. Rəsmi məlumatlara görə, Qərbi Avropada satılan avtomobillərin ümumi sayının 30 faizi Toyota şirkətinin hibridlərinin payına düşür.