Gələn il Ford şirkəti F-Series pikaplarının 75 illik yubileyini qeyd edəcəkdir. Amerikan markası bu əlamətdar hadisənin şərəfinə “Heritage Edition” adlı yeni model xəttini hazırlayıb. Xüsusi xəttin əsas cəhəti kuzovun retro üslubunda olan ikirəngli boyanma sxemidir. Bundan başqa, yeni versiyadan olan avtomobillərin interyerində də müəyyən dəyişikliklər olacaqdır. Yubiley versiyasının texniki xarakteristikaları və qiyməti hələlik açıqlanmayıb.
Amerikan istehsalçısı kuzovun ikirəngli sxemini təsadüfən seçməyib. Keçən əsrin ortalarında F-Series pikaplarını bənzər üslubda buraxırdılar. Yubiley versiyası üçün Race Red, Atlas Blue, Antimatter Blue, habelə Avalanche və Area 51 çalarları əlçatandır. Bütün rənglər boz karbon və ya qara aqat rənginə boyanmış dam, bamperlər, dam dayaqları və qapıların aşağı hissəsi ilə uyğunlaşdırılırlar. Əvvəllər Ford belə kombinasiyadan 1970-ci ilin pikaplarında istifadə edib.
Yubiley modellərinin interyeri boz və qara çalarlarda tərtibata malik olacaqdır. Oturacaqlarda parçadan örtmələr, habelə mərkəzi konsoldakı xüsusi basmanaxış peyda olacaqdır. Yaradıcıların fikrincə, belə həllər retro-pikapları xatırlatmalıdır. Bundan başqa, alın şüşəsinin yuxarı hissəsində ağ rəngli “75 year” sözləri olan annimasiyalı yazı peyda olmalıdır. Bu yazı multimedia sisteminin işə salınması ilə birlikdə aktivləşir.
Yubiley pikaplarının mühərrik çeşidinə 2,7-litrlik və 3,5-litrlik EcoBoost mühərriklərinin, habelə 5,0-litrlik V8 aqreqatının daxil ediləcəyi gözlənilir. Yubiley pikapları barədə təfərrüatlar iyul ayının ortalarında açıqlanacaqdır. Həmin zaman öncədən sifarişlərin qəbuluna da başlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.