Təkər disklərinin buraxılması üzrə ixtisaslaşan Forgiato şirkəti, reper Trevis Skott tərəfindən yaradılmış Cactus Jack leyblinin şərəfinə adlandırılmış eyni adlı yeni təkər disklərini təqdim edib. Tamamilə hamar səthə malik olan diskləri nümayiş etdirmək üçün yeni nəsil Mercedes-Benz G 500 modeli seçilib. Bununla belə, istehsalçı müxtəlif ölçülü diskləri təklif etməyə hazırdır.
Disk istehsal edən şirkətlərin əksər hissəsi alıcıları mürəkkəb dizayna malik olan məhsullar ilə təəccübləndirməyə və ya ultra yüngül materiallardan disklər hazırlamağ çalışsalar da, Forgiato dəliklərdən ümumiyyətlə imtina edərək, naxışı olmayan diskləri buraxıb. Yeni Cactus Jack diskləri xrom boşqablara bənzəyir, səthdə olan yeganə bəzək diskin kənarlarına həkk edilmiş "Don’t read this and drive" (“Bunu oxumayın və sürün”) yazısıdır.
Dəlikləri olmayan disklərin üstünlükləri göz qabağındadır: onların yuyulması asandır, həm də diqqəti cəlb edirlər. Belə disklərin çatışmamazlıqları isə, hamar olan səth tez cızılacağı və o qədər təsir edici görünməyəcəkdir. Bundan başqa, disklərin daxili səthi əyləc tozu ilə dolacaq və ən əsası isə Cactus Jack diskləri əyləclərin soyumasına kömək etməyəcəkdir ki, bu da “Gelendavagen” kimi iri və ağır avtomobillər üçün kritik ola bilər.
Bütün çatışmazlıqlara baxmayaraq, Forgiato şirkətinin məhsullarının qiyməti ənənəvi olaraq yüksəkdir: Cactus Jack disklərinin dəstinin qiyməti 6.287 dollardan başlayır. Forgiato şirkəti 20, 22, 24 və hətta 26 düymlük Cactus Jack təkər disklərini təklif edir.