30 noyabr tarixində Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilmişdir. İclasda gələn ilki mövsümün təqvimi təsdiq olunub. Bu barədə xəbəri Azərbaycanda Formula 1 haqqında yeganə və peşəkar sayt olan F-1.az (Formula 1 Azərbaycanda) saytı yaymışdır.

Təqvimin açıqlanmasında maraqlı olan ölkələrdən biri də Azərbaycan idi. Keçən il paytaxtımızda ilk dəfə baş tutan yarış, Fransanın Le-Man şəhərinin yaxınlığındakı Sarte avtodromunda keçirilmiş  "Le Manın 24 saatı" sutkalıq marafonu ilə üst-üstə düşmüşdür. Əlbəttə. belə halın olması bizim yarışa olan diqqətin azalmasına səbəb olmuşdur. Elə bir müddət bundan əvvəl dərc edilmiş ilkin təqvimində də Bakıdakı yarışın 18 iyunda baş tutacağı bildirilmişdi – bu isə yenə də yarışın Le Mandakı marafonla üst-üstə düşməsi demək idi.

Lakin, dünən təsdiqlənmiş təqvimdə ölkəmizdə keçiriələcək yarışın 25 iyun tarixində baş tutcağı göstərilmişdir. Yarışın bir həftə sonraya keçirilməsinin əsas səbəbi Almaniya Qran Prisinin təqvimdən çıxarılmasıdır. Qeyd etmək lazımdır ki, yerli təşkilatçıların ümidinə qalsa idi, bizim yarışımız yenidən Le Man marafonu ilə üst-üstə düşəcəkdir. Digər bir sevidirici xəbər isə, Bakıda keçirilən yarışın Azərbaycan Qran Prisi adı ilə keçirələcəyidir. Xatırladaq ki, debüt ilində Bakıda keçirilən mərhələ Avropa Qran Prisi adı altında təşkil edilmişdir.

Beləliklə, Formula 1 üzrə 68-ci dünya çempionatı 20 yarışdan ibarət olacaq və 26 martda Avstraliyada başlayıb, 26 noyabrda Əbu Dabidə başa çatacaqdır. Bu il keçirilmiş yarış 21 mərhələdən ibarət olmuşdur. Bu mövsümdə dünya çempionu titulunu Mercedes komandasının alman pilotu Niko Rosberq qazanmışdır. Mühəndislər kuboku da Ştutqarta getmişdir - Mercedes komandası böyük üstünlük əldə edərək vaxtından əvvəl mühəndislər kubokunu qazanmışdır.