Deyəsən Bernd Maylenderin işsiz qalmaq təhlükəsi ilə üzləşib. Bu günlərdə Bexnəlxalq avtomobil federasiyasından (FIA) Formula 1 çempionatında pilotsuz texnologiyaların tətbiq ediləcəyi barədə məlumat verilib.
FIA-nın texniki şöbəsinin rəhbəri Marzin Budovski avtonom texnologiyalarını irəli sürmək ideyasanı səsləndirib - hələlik təhlükəsizlik avtomobilində.
"Biz pilotsuz təhlükəsizlik avtomobili ətrafında müzakirələr aparmışıq, - Budovski Autosport nəşrinə bilidirib. - Bu, bir çoxlarının şübhə ilə yanaşdığı texnologiyaların inkişafına kömək edərdi. Beləcə biz onların necə işldiyini nümayiş etdirmiş olardıq. Artıq bizə sürücünün xidmətindən istifadə etmək gərək deyil - hər şeyi kompüter edə bilər.
Lakin anlamaq lazımdır ki, belə texnologiyalar çempionatın populyarlığına mənfi təsir göstərə bilər. Bu ideya mühəndislərə xoş gələ bilər, amma pərəstişkarlara deyil".
Bernd Maylender
Budovski həmçinin pilotsuz avtomobillərin ilk yarış seriyası olan Roborace haqqında da fikirlərini bildirib: "Mənə Roborace seriyası maraqlı görünür. Lakin, F1-də pilotsuz avtomobillərin yarışına baxacaqlarmı? Şübhə edirəm. Bununla belə, təhlükəsizlik avtomobili vasitəsi ilə biz F1-də yeni texnologiyaları irəli sürə bilərik". Uzun illərdir Formula 1 yarışlarında təhlükəsizlik avtomobilini idarə edən Bernd Maylenderin bu xəbərə münasibətini bilmək çox maraqlı olardı.