Formula 1 çempionatının yeni sahibləri mükafatlandırma mərasimində istifadə edilən şampan şərabının tədarükçüsünü dəyişib. Bundan sonra çempionatı içki ilə Carbon şirkəti təchiz edəcəkdir. Hər bir şüşənin dəyəri isə üç min dollar olacaqdır.

Bu ilin əvvəlində Carbon içkisi artıq podiumlarda peyda olmuşdu, lakin rəsmi içki statusunu indi əldə edib. Carbon içkilərinin ən başlıca xüsusiyyətlərindən biri karbon liflərindən hazırlanmış şüşədir. Bundan başqa, qızılı, gümüşü və bürüc mükafatçılar üçün müvafiq rəngdə etiketlər hazırlanacaqdır. Motorsport saytının bildirdiyinə görə, sonradan bu şüşələrin üzərində kameralar da quraşdırıla bilər ki, bu da mükafatlandırma mərasimini müxtəlif rakurslardan çəkmək imkanı verəcəkdir.

Bundan əvvəl Formula 1 çempionatının rəsmi təchizatçısı Chandon olub, ondan öncə isə bu missiya Mumm markasına həvalə edilmişdi.