"MR Motospot"un hindistanlı pilotu Mahavir Raqhunatan avstriyada keçirilən Formula 2 çempionatının növbəti mərhələsində iştirak etməyəcək.
Belə ki, Fransada keçirilən yürüşlərin nəticələrinə əsasən, Raqhunatanın qazandığı xallar növbəti mərhələnin yürüşləri üçün sıfırlanıb. Buna səbəb, onun Pol Rikar trasındaki ilk yürüş günündə virtual təhlükəsizlik avtomovili qaydalarını üç dəfə pozması olub. Daxili cərimələr də nəzərə alınmaqla, hər cəzaya görə sürücü 3 cərimə balı qazanıb, nəticədə sözügedən pilot ümümi cəriməsini 12 xala qədər artıraraq, növbəti mərhələdə iştirak haqqını itirib.
Onunla birgə, virtual təhlükəsizlik avtomobili qaydalarını, həmkarı, xanım sürücü Tatyana Kalderon da pozub, lakin hindli pilotdan fərqli olaraq Tatyananın cərimə xalı limiti keçməyib.