Bu gün “Forsaj” filminin yeni hissəsinin növbəti treyleri yayılmışdır. Səkkizinci hissə “The Fate of the Furios” adını almışdır. Yeni filimin kirayəyə çıxışı gələn ilin 14 aprel tarixinə planlaşdırılmışdır.
Bildiyimiz kimi, filmin yeni hissəsində hadisələr Kuba, Nyu-York və hətta Barents dənizinin buzluğunda cərəyan edir. Treylerdə filmin qəhrəmanları Dodge Challenger, Jaguar F-Type, Mercedes-AMG GT, Lamborghini Murcielago və tankda hərəkət edirlər.Filmin rejissoru “Qaydalara riayət edən vətəndaş” filmini çəkmiş F.Qəri Qreydir. Yeni “Forsaj”da Dueyn Conson, Vin Dizel, Mişel Rodriges çəkilmişdirlər. Eyni zamanda filmdə Ceyson Steytem, Şarliz Teron və Helen Mirren də çəkilmişdirlər.