Barrett-Jackson hərrac evi, «Forsaj» filminin birinci hissəsində çəkilmiş, 1995-ci il istehsalı olan Volkswagen Jetta avtomobilini satışa çıxaracaqdır. Avtomobilin arxa antiqanadında, filmin baş rollarından birinin ifaçısı Pol Uokerin avtoqrafı da mövcuddur. Avtomobilin qiyməti barədə müfəssəl məlumat yoxdur. Bildirilənlərə görə, avtomobilin indiki sahibi aktyor Frenki Muniz, onu 2002-ci ildə 100 min dollara satın almışdır. Bundan əlavə, eyni məbləğ filmdəki personajların biri tərəfindən də səsləndirilmişdir.
Filmin iştirakçısı olan Jetta xüsusi kuzov asmalarına, «idmansayağı» buraxılış sisteminə və iri təkər disklərinə malikdir. Avtomobilin salonunda PlayStation 2 oyun dəsti qoşulmuş multimedia sistemi quraşdırılmışdır. Jetta’nın 2,0-litrlik mühərrikində aparılmış dəyişikliklər barədə məlumat verilmir. Şəkildən göründüyü kimi, o, sıfır müqavimətli hava filtri və xüsusi örtük ilə təchiz edilmişdir.
«Forsaj» filminin birinci hissəsi 2001-ci ildə ekranlarda nümahiş etdirilmişdir. Bu ilin aprel ayında isə, artıq filmin bu qəbildən olan səkkizinci hissəsi yayimlanıb. Filmin baş qəhrəmanlarından birini canlandıran Pol Uoker iki il bundan öncə avtomobil qəzasında həyatını itirmişdi. Sonuncu filmdə onun obrazı dublyorlar və kompyüter qrafikası vasitəsi ilə canlandırılmışdır.
Bu filmin müxtəlif hissələrində iştirak etmiş avtomobillər əvvəllər də satışa çıxarılmışdı. Bu il, «Üçqat forsaj: Tokio drifti» filmindən olan Nissan 350Z avtomobili 210 min avroya, ilk hissədən olan Toyota Supra - 200 min dollara qiymətləndirilmişdir.
Lakin, ən çox pul gətirən avtomobil «Forsaj»ın dördüncü hissəsindən olan Nissan Skyline GT-R olmuşdur - avtomobilin maksimal qiymətləndirmə dəyəri nə az, nə çox, beş milyon avro olmuşdur.