Audi şirkətinin Frankfurtda nümayiş etdirdiyi ikinci konsept Elaine kupeşəkilli krossoveri olub. Modelin əsas xüsusiyyətlərindən biri, sürücünün fizoloji vəziyyətini izləyən Fit Driver sistemidir. Ehtiyac olduqda, sistem, misal üçün, sakitləşdirici nəfəs məşqini təklif edəcəkdir.
Sisitem sürücünün vəziyyəti barədə məlumatları, bədənin temperaturunu və ürək ritminin tezliyini təhlil edən qolbağının köməkliyi ilə əldə edir. Əgər elektronika sürücünün stres keçirdiyini müəyyən edərsə, o zaman nəfəs məşqlərini etməyi təklif edəcək, oturacaqların massaj funksiyasını qoşacaq, salonun fon işıqlandırmasını və ya havalandırma sisteminin iş rejimini dəyişəcəkdir.
Prototip, A8 sedanında debüt etmiş və avtomobili 130 km/saat sürətində sərbəst şəkildə idarə edən zFAS süni intellekt sisteminin yenilənmiş variantı ilə təchiz edilib.
Bundan başqa, prototip ətrafdakı nəqliyyat vasitələri və infrastruktur obyektləri ilə qarşılıqlı əlaqə qurmaq, həmçinin insanın iştirakı olmadan dayanacağa yollanmaq imkanına malikdir.
İstehsalçı, özündə çoxmərtəbəli, avtoyuyucuları, yanacaqdoldurma və elektrik yükləmə stansiyalarını cəmləyən, Audi Al Zones adlandırılan əraziləri yaratmağı planlaşdırır. Sürücü bu zonalardan avtomobilini dayanacağa göndərə bilər - elektronika özü lazımi mərtəbəni, boş yeri taparaq onu tutacaq, sonra isə geriyə sahibinin yanına qayıdacaqdır. Audi Elaine üç elektromotorla hərəkətə gəlir.
Mühərriklərdən biri ön oxda, ikisi isə arxa oxda yerləşdirilib. Onların ümumi gücü 430 at qüvvəsinə bərabərdir. Gücləndirilmiş rejimdə bu rəqəm 496 at qüvvəsinə qədər artırıla bilər. 100 km/saat həddinə elektromobil 4,5 saniyəyə sürətlənir. 95 kilovat-saatlıq batareyaları həm induksion metodu, həmdə yeyin yükləmək qurğusu ilə doldurmaq mümkündür.