Çinlilər tərəfindən yenidən həyata qaytarılmış alman Borgward şirkəti Frankfurtdakı avtosalonda Isabella adlı prototipi nümayiş etdirib.
Konseptin uzunluğu beş metrdir. Prototipin eni 1,92 metr, hündürlüyü isə 1,4 metr təşkil edir. Dörd nəfərlik salon malik olan avtomobil sürüşdürülərək açılan ön və arxa qapılara malikdir. Bundan başqa, konseptin kuzovunun orta dirəyi yoxdur. Konsept iki elektrik mühərriki ilə hərəkətə gəlir.
Mühərriklərin ümumi gücü 300 at qüvvəsi, fırlanma anı isə 450 Nm-dir. Yerindən 100 km/saat həddinə sürətlənməyə «İzabellaya» 4,5 saniyə gərəkdir. Modelin maksimal sürəti 250 km/saatdır. Konseptin elektrik mühərrikləri, alman istehsalçısının LG Electronics ilə birgə məhsulu olan batareyalardan qidalanır.
Akkumulyatorların xarakteristikaları açıqlanmasa da, onların ehtiyatının 80 faizinin, xüsusi qidlanma qurğusu ilə, yarım saat ərzində bərpa edildiyi bildirilib. Bundan başqa, prototip induksion doldurulma sistemi ilə təchiz edilib. Borgward şirkətindən 500 kilometrlik yürüş ehtiyatını təmin edəcək platformanın hazırlanması məsələsinə baxıldığı bildirilib.
Borgward Isabella modelinin salonunda dörd fərdi oturacaq quraşdırılıb. Konsept alın şüşəsinin enində rəqəmsal cihazlar panelini əldə edib. Bundan başqa, multimedia sisteminin ekranında holoqram ilə avtomobilin müxtəlif sistemlərinin parametrləri əks etdirilir. Bununla belə, elektromobilin gələcək taleyi haqqında məlumat səsləndirilməyib.