Çinin Chery şirkəti Frankfurt avtosalonunda Exceed TX modelinin prototipini təqdim edib. Avropada satılacaq avtomobilin prototipi Çin brendinin yeni «dizayn üslubunu» nümayiş etdirir.
Frankfurta nüçayiş etdirilən Exceed TX prototipi , Chery markasının gələcək krossoverlər xəttinin əsasını təşkil edəcək yeni platformada inşa edilib. Model Dana və BorgWarner (tam çəkiş sistemləri), Getrag (transmissiya), Valeo (elektron yardımçılar) və Bosch (məlumat-əyləncə sistemləri) kimi şirkətlərlə birlikdə hazırlanıb.
Chery Exceed TX modelinin seriya variantı üç modifikasiyada - hibrid, qidalanan hibrid və elektrokar variantlarında təklif ediləcəkdir. İlkin olaraq, məişət şəbəkəsindən qidalanan hibrid modifikasiyası satışa çıxarılacaqdır. Bu modifikasiya 150 at qüvvəli 1,5-litrlik benzin mühərriki və 116 at qüvvəli elektromotorla təchiz ediləcəkdir.
Güc areqatı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Krossover 100 km/saat həddinə sürətlənməyə altı saniyə sərf edəcəkdir. Avtomobilin maksimal sürəti 200 km/saata bərabər olacaqdir. Krossoverin təchizatına işıqdiodlarından olan fənərlər, 10-düymlük sensorlu displeyi olan multimedia sistemi, səsin tanınması sistemi, internetə giriş nöqtəsi, panoram tavan və salonun avtomatik işıqlandırması daxil olacaqdır.
Chery Exceed TX modelinin seriya variantını gələn il nümayiş etdirəcəkdirlər.