Kia şirkəti bu gün mətbuat nümayəndələri üçün qapılarını açmış Frankfurt avtosalonunda Proceed konsept avtomobilini təqdim edib.
Konsept növbəti nəsil Kia cee’d modelinin carçısıdır. Prototipin maraqlı xüsusiyyətlərindən biri "Yaddaş bankı" olan salondakı xüsusi rəfdir. "Yaddaş bankı" drayv və gücü ilə bağlı xatirələri canlandıracaq üç ətirlə dolu şüşədən ibarətdir.
Ətirlərin arasında köhnə dərinin müşk iyi, klassik avtomobillər saxlanılan qarajın yağlı iyi və yüksək oktanlı yanacağın iyi vardır. Kia Proceed alçaq tavanlı fastbək tipli kuzova, 20-düymlük təkər disklərinə, iri panoram tavana və sahibin yaxınlaşması ilə süşə zonasının işıqlandırması funksiyasına malik olan avtomobildir. Prototipin güc aqreqatı barədə istehsalçı heç bir məlumat verməyib.
Konseptin salonunda tərtibatına 100 metr qara elastin sərf edilmiş dörd fərdi oturacaq quraşdırılıb. Elastin, kobud üzlü dəri effektini yaratmaq üçün, xüsusi olaraq əllə işlənmişdir. Cihazlar paneli və işləmələr kuzovun rənginə boyanıb. İnteryerin tərtibatında alüminium və karbondan da istifadə edilib. Bundan başqa, protoip rəqəmsal cihazlar panelinə və multimedia sisteminin geniş formatlı displeyinə sahib olub.