Land Rover şirkəti Frankfurtda yeni nəsil Discovery modelinin Special Vehicle Operations (SVO) bölümü tərəfindən hazırlanmış "qat; yolsuzluq" variantını təqdim edib.
Land Rover Discovery SVX adını almış ofroder ötürməli kompressoru olan 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 525 at qüvvəsi və 625 Nm fırlanma anı hasil edir.
Ofroder pnevmatik dayaqlara və Hydraulic Active Roll Control (H-ARC) sisteminə malik olub. Bu sistem təkərlərin məhsuldarlığını yaxşılaşdırır, həmçinin yolsuzluqda kuzovun yana əyilmələrinin qarşısını alır. Model, eyni zamanda, bamperin müdafiə əlavələrinə, giriş və çıxışın, həmçinin rampanın artırılmış bucaqlarına, həmçinin yolsuzluq üçün Goodyear Wrangler şinləri olan 20-düymlük təkər disklərinə sahib olub.
Avtomobilin təchizatına aktiv mərkəzi differensial, elektriklə idarələnən arxa differensial, səkkiz diapazonlu avtomatik ötürmələr qutusu, Terrain Response II sistemi və müasir təhlükəsizlik sistemləri kompleksi daxil edilib.
Yeni modifikasiyanın istehsalına gələn il başlanacaqdır.