Mercedes-Benz şirkəti Frankfurt avtosalonunda seriya modelinin carçısı olan futurustik Concept EQA hetçbekini təqdim edib. İstehsalçı prototipin «hissiyatlı dizaynı» və virtual radiator barmaqlığını nümayiş etdirdiyini bildirib.
Konseptin fənərlərində aktiv elementləri şüşəlifləri olan lazer tellərindən istifadə edilib. Onların dizaynı elektomotorun mis sarmasını, animasiyası isə, elektrik impulsunun keçişini xatırladır. Tam çəkişli elektromobil, hər oxda biri quraşdırılan iki elektrik mühərriki ilə təchiz edilir.
60 kilovat-saatlıq batareyalardan qidalanan elektik mühərriklərinin ümumi gücü 272 at qüvvəsi və 500 Nm təşkil edir. Elektromobilin yürüş məsafəsi 400 kilometrə bərabərdir. Mercedes-Benz Concept EQA konsepti naqilsiz qidalanmanı dəstəkləyir, həmçinin məişət elektrik şəbəkəsinə və ictimai stansiyalara qoşulmağı təmin edir.
Hetçbekin güc quğöusu iki rejimdə - Sport və Sport Plus rejimlərində işləyir.
Bu rejimlər ön oxa ötürülən fırlanma anı ilə fərqlənirlər. Avtomobilin qabağındakı qara panel virtual radiator barmaqlığı rolunu oynayır və rejimdən asılı olaraq görünüşünü dəyişir. Sport rejimində bu «alışan mavi qanad», Sport Plus rejimində isə, Panamerica üslubunda olan şaquli qırmızı xəttlərdir.
Alman istehsalçısının elektrik xəttindən olan ilk elektrokar 2019-cu ildə işıq üzü görməlidir. Elektromobil keçən il Paris avtosalonunda nümayiş etdirilmiş EQ konseptinin bazasında inşa ediləcəkdir.