Frankfurtda keçirilən sərgidə Mercedes-Benz şirkəti məişət şəbəkəsindən qidalanan S 560 e hibridini təqdim edib. Yeni hibrid S 500 e modifikasiyasını əvəz edəcəkdir. Qeyd etmək lazımdır ki, yeni hibrid sələfindən qənaətcildir. Sərfiyyat göstəricilərinə görə, Mercedes-Benz S 560 e, hətta, 340 at qüvvəli 3,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş S 400 d modelini də üstələyir.
İstehsalçının iddiasına görə, Mercedes-Benz S 560 e modeli 100 kilometrə 2,1 litr yanacaq sərf edir. Bu S 500 e modelində olduğundan 0,7 litr, S 400 d modelində olduğundan isə 3,6 litr azdıq. Hibrid güc qurğusunun tərkibinə 367 at qüvvəli 3,0-litrlik altı silindrli benzin mühərriki və 122 at qüvvəli elektromotor daxildir. Transmissiya – 9-pilləli “avtomat”dır. 100 km/saat həddinə hibrid sedan sedan beş saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır. Elektrik ötürməsi ilə sedan 50 kilometr qət edir.
Sedan Daimler konserninin törəmə müəssisəsi olan Deutsche Automotive şirkəti tərəfindən hazırlanmış litium-manqan batareyalarla təchiz edilir. Batareya dəstinin tutumu 13,5 kilovat-saatdır. Yığcam ölçülərə malik olan batareya baqaj bölümünün həcmini 395 litrdən 410 litrə qədər artırmağa imkan verib.
Mercedes-Benz S 560 e modelinin standart təchizatına Mercedes me xidməti vasitəsi ilə temperaturu öncədən tənzimlənən havalandırma sistemi, qızdıqılmalı və havalandırmalı oturacaqlar, qızdırılan sükan çarxı, həmçinin mərkəzi konsoldakı və qapılardakı dirsəkaltıların qızdırılması daxildir. Bundan başqa, sedan naviqasiya sistemindən, radarlardan və nişanların tanınması sistemindən daxil olan məlumatları təhlil edərək, sürücüyə daha qənaətcil sürüş üslubu məsləhət görən ECO Assist sistemi ilə təchiz edilir.