Renault şirkəti Frankfurt avtosalonunda Megane RS “qaynar” heçtbekinin yeni nəslini nümayiş etdirirb. Hetçbek əvvəlki 2,0-litrlik mühərrikin əvəzinə 1,8-litrlik benzin turbomühərrikinə dəyişib, həmçinin tam idarələnən şassiyə və iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna sahib olub.
Üçüncü nəsil Megane RS hetçbeki Alpine A110 sportkarından tanış olan 280 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərriklə təchiz edilir. Güc aqreqatı standart olaraq altı pilləli mexaniki ötürmələr qutusu və altı pilləli iki muftalı “robotla” ilə təchiz edilir. "Qaynar" hetçbekin dinamik xarakteristikaları açıqlanmayıb.
Avtomobilin şassisində "dönən" arxa təkərlərdən istifadə edilir. Bundan başqa, model amortizatordakı gedişin sıxılmasının hidravlik məhdudlaşdırıcılarına, yalnız Cup modifikasiyasında quraşdırılan Torsen differensialına da sahib olub. Model xəttində daha rahat variant olan Sport modifikasiyası da saxlanılıb.
Avtomobil həmçinin idarəetmə elektronikasının iş rejimlərini (Comfort, Normal, Sport, Race və Peso) dəyişən Multi-Sense sistemini də əldə edib. Bütün elektron yardımçıları R-Link 2 multimedia kompleksi vasitəsi ilə söndürmək mümkündür.
Sürücü, eyni zamanda, Expert funksiyası olan R.S. Monitor telemetriya sistemindən də istifadə edə bilər. Bu sistem trek günlərini qeydə almaq üçün kameradan istifadə etmək, çəkilmiş videoyaya baxmaq və social şəbəkələrdə bölüşmək imkanı verir. Avropada “qaynar” hetçbekə sifarişlər dekabr ayından başlayaraq qəbul ediləcəkdir.
Gələn il Megane model xətti 300 at qüvvəli Trophy variantının hesabına genişlənəcəkdir.