Suzuki şirkəti Frankfurtda keçirilən sərgidə yeni nəsil Swift hetçbekinin “qaynar” modifikasiyasını təqdim edib.
Suzuki Swift Sport adını almış “qaynar” modelin çəkisi 970 kiloqram təşkil edir. Avtomobil Boosterjet ailəsindən olan 1,4-litrlik turbomühərriklə hərəkətə gəlir. Altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan mühərrik 140 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edir. Hetçbek Monroe şirkkətinin amortizatorlarını, iri diametrli köndələn dayanıqlılıq stabilizatorlarını, arxadakı yeni köndələn qollara və təkmilləşdirilmiş tirə sahib olub. Yapon istehsalçısı avtomobilin dinamik xarakteristikalarını açıqlamayıb.
Modelin təchizatına 17-düymlük təkər diskləri, adaptiv kruiz-kontrol, şinlərdəki təzyiqə nəzarət sistemi, altı hava yastığı və zolaqlara nəzarət funksiyası daxildir.