Toyota şirkəti Yariş hetçbekinin “qaynar” variantını Frankfurtda nümayiş etdirib. GRMN indeksinin almış hetçbekin üzərində Toyota şirkətinin Böyük Britaniyadakı bölməsi hazırlayıb.
Toyota Yaris GRMN hetçbeki ötürməli kompressoru olan 1,8-litrlik dörd silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 212 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. Mühərrik yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə hetçbek 6,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 230 km/saat həddində məhdudlaşdırılıb.
Yapon istehsalçısı “qaynar” Yaris hetçbekinin öz sinifində, çəkinin gücə olan ən yaxşı nisbətinə malik olduğunu bildirib: 5,35 kiloqram çəkiyə 1 at qüvvəsi düşür. Məlum məsələdir ki, Toyota Yaris GRMN təkmilləşdirilmiş asqı sistemini əldə edib. “Qaynar” hetçbek ön dayaqların gücləndirici tirinə, qısaldılmış yaylara, 24 millimetr azaldılmış klirensə, Sachs amortizatorlarına və iri diametrli köndələn dayanıqlılıq stabilizatoruna sahib olub.
Hetçbekin təchizatına yüksək sürtünməli Torsen differensialı, yenidən işlənmiş əyləc sistemi, yeni səsboğucu sistem, BBS firmasının 17-düymlük təkər diskləri, Bridgestone Potenza şinləri, aerodinamik kuzov dəsti, həmçinin GT86 kupesindən götürülmüş sükan çarxı və idman oturacaqları daxildir. Toyota Avropada 400 ədəd Yaris GRMN hetçbekini satmağı planlaşdırır.
“Qaynar” hetçbekin satış qiymətləri 29900 avrodan başlayır.