Volkswagen şirkəti Frankfurt avtosalonunda I.D.Crozz II konseptini təqdim edib. Yenilənmiş konsept səslə idarəetməni mümkün edən mütərrəqi sistemə sahib olub. Bu sistemin köməyi ilə, misal üçün, qapıları açıb-bağlamaq mümkündür.
Səs ilə idarəetmə sistemini işə salmaq üçün “Hello I.D.” kəlməsini söyləmək kifayətdir. Bundan sonra, sürücü və sərnişinlər sistemə əmrlər verə bilərlər. Misal üçün, “Hello I.D., please open all doors!” (“Salam I.D., zəhmət olmasa bütün qapıları aç!”) amrini verərək qapıları açmaq və yaxud digər komandanı səsləndirərək avtonom idarəetmə sistemini işə salmaq olar. Səslə əmrlərinin köməyi ilə baqaj qapağını da açmaq olar.
Prototip həmçinin, interyerin “ağilli” işıqlandırma sisteminə də sahib olub.
Bu sistem səslə idarəetmənin aktivləşməsi ilə birlikdə işə düşür. Bundan başqa, sistem sürücüyə vizual məsləhətlər də verə bilər: misal üçün, naviqasiyadan istifadə zamanı, sistem mümkün təhlükə barədə xəbərdarlıq edə bilər.
VW ID Crozz II prototipinin qabarit uzunluğu 4625 millimetr, eni – 1891 millimetr, hündürlüyü isə 1609 millimetrdir.
Protoipin təkər bazasının ölçüsü 2773 millimetrdir. Konsept Tiguan modelindən 139 millimetr uzun, 52 millimetr enli və 64 millimetr alçaqdır. Konseptin təkər bazası da 93 millimetr uzundur. Prototip iki elektik mühərriki, iki ötürmələr qutusu və döşəməyə quraşdırılmış 83 kilovat-saatlıq litium-ion batareyalar dəstindən ibarət olan güc qurğusuna malikdir. Arxa təkərləri hərəkətə gətirən elektromotor 203 at qüvvəsi, on təkərləri hərəkətə gətirən mühərrik isə 101 at qüvvəsi hasil edir.
Əksər hallarda axtomobil arxadan çəkişli olur, ön öx isə gərək olduqda qoşulur.
Prototipin təchizatına səsli əmrlər və ya sükandakı emblemə basmaqla işə düşən avtonom idarəetmə sistemi daxil edilibdir. Bu sistem damdakı dörd lazer skannerinin, ultrasəs vericilərinin, radarların və avtomobildə quraşdırılan kameraların vasitəsi ilə işləyir. Pilotsuz sistemi əyləc və ya akselerator pedalına toxunmaqla söndürmək olar.
Konsept həmçinin, əl hərəkətləri ilə idarə edilən tavan işıqlandırması ilə də təchiz edilib. Misal üçün, pərdə bağlanması hərəkətini təqlin edərək, işıqdiodlar zolağını yandırmaq və ya söndürmək mümkündür.
Bundan başqa, avtomobilin təchizatına yan güzgüləri əvəz edən kameralar, tamamlanmış reallıq effekti olan proyeksiya displeyi, salondakı havanın təmizlənməsi funksiyası, multimedia sisteminin 10,2-düymlük sensorlu ekranı və virtual cihazlar paneli daxil edilib.
Prototipin seriya variantının 2020-ci ildə işıq üzü görəcəyi bildirilib.