Toyota şirkəti Frankfurt avtosalonunda yenilənmiş Land Cruiser Prado modelini təqdim edib. Avtomobilin ön hissəsinin dizaynı tamamilə dəyişmiş, salonunda isə yeni ön panel və mərkəzi konsol peyda olub.
Sələfinə nisbətən yeni ofroer 60 millimetr (4840 millimetr) uzundur. Avtomobilin klirensi əvvəlki kimi 215 millimetr təşkil edir. Ofroderin giriş - çıxış bucaqları və rampası, müvafiq olaraq, 31, 25 və 22 millimetrə bərabərdir. Modelin rama konstruksiyası, tam çəkiş sistemi və differensialların məcburi qapanması qorunub-saxlanıb. Bundan əlavə, yenilənmədən sonra, Prado modelinin idarəetmə elektronikasının Eco, Normal və Sport rejimlərinə Sport S və Sport S+ rejimləri də əlavə edilib.
Avtomobilin şassisini müxtəlif səthlərdə işləməsini tənzimləyən Multi-Terrain Select sistemi altıncı - avtomatik rejimə sahib olub. Toyota Land Cruiser Pardo əvvəlki kimi üçqapılı və beşpaılı kuzovla, on kuzov rəngi və üç interyerin tərtibat variant təklif ediləcəkdir. Avropada satılacaq ofroderin mühərrik çeşidinə 177 at qüvvəli 2,8-litrlik dörd silindrli dizel, 161 at qüvvəli 2,7-litrlik dörd silindrli və 249 at qüvvəli 4,0-litrlik altısilindrli benzin mühərriklər daxildir.
Dizel mühərriki altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdir. Benzin mühərriklərinin ən zəifi beş pilləli mexaniki qutu ilə də təchiz edilə bilər.249 at qüvvəli top variant isə, yalnız altı diapazonlu avtomatik ötürmələr qutusu ilə təklif ediləcəkdir.Prado modelinin təchizatına multimedia sisteminin 8-düymlük sensorlu ekranı, üç zonalı avtomatik iqlim sistemi, havalandırmalı ön oturacaqlar, “şəffaf kapot” funksiyası olan dairəvi görüntü sistemi və işıqdiodlarından olan fənərlər daxildir. Bundan başqa, tərkibinə oturacaqların, sükan çarxının və alın şüşəsinin qızdırılması,həmçinin salonun əlavə elektrik qızıdırıcısı və dizel avtomobilləri üçün işəsalmadan öncə qızdırılma funksiyası olan opsional “qış” dəsti təklif ediləcəkdir.