Beşqat dünya çempionu Sebastyen Ojye Korsika Rallisindəki üstünlüyünü ikinci gün də davam etdirib. Fransız pilot ən yaxın rəqibindən 44 saniyə üstünlüklə yarışı davam etdirir.
Cümə günündən fərqli olaraq M-Sport pilotu altı dopdan heç birində qalib gəlməyib. Bununla belə, o sabit şəkildə ilk beşlikdə finiş görərək, yalnız son dopda səkkizinci olub. Nəticədə Ojye üstünlüyündən beş saniyə itirib.
"Mən bu günki çıxışımızdan çox razıyam, - Ojye günün nəticələrini sərh edib. - Dünən mən heç nəyi düşünmədən hücum edirdim. Bu gün isə rəqiblərimdən aralanmağı planlaşdırmışdım. Lakin, bu o qədər də asan olmadı. Buna baxmayaraq, mən hər şeydən razıyam, çünki sonunda üstünlüyümüzü artırmağa müvəffəq olduq".
Günün protokolunda ikinci pilləyə Toyota pilotu Ott Tyanak yüksəlib. Estoniyalı XH10-nun startında dördüncü olsa da, finişdə ikinci olmağı bacarıb. Yarışı üçüncü davam etdirən Kris Mik trekdən çıxıb və bundan istifadə edən Tyerri Nyovil üçüncülüyə yüksəlib. Nyovil ikinci də ola bilərdi, lakin o Toyota pilotuna bir neçə saniyə uduzaraq Tyanakın ikinciliyə yüksəlməsinə imkan verib. Bazar günü öncəsi iki pilotu 0,1 saniyə ayırır.
Cümə günü qəzaya düşmüş doqquzqat dünya çempionu Sebastyan Lyob yarışa qayıtdıqdan sonra üç xüsusi hissədə qalib gələrək 11-ci yerə yüksəlib.