Fransada yerləşən Furion Motorcycles şirkəti m1 adlı hybrid motosiklin layihəsini təqdim etmişdir. Baykın hibrid güc qurğusu Vankelin rotor mühərrikinin əsasında yaradılmışdır.
RideApart saytının bildirdiyinə görə, istehsalçı layihəni maliyyələşdirmək üçün kraudfandinqə (kollektiv maliyələşdirmə) müraciət etmək niyyətindədir. Layihəni həyata keçirən kollektivin tərkibinə iki mühəndis məktəbinin nümayəndələri və 56 məsləhətçi, həmçinin Supermoto üzrə dördqat dünya çempionu Ədriən Şareyr və hibrid güc qyrğuları sahəsində çalışan mütəxəssislər daxildir.
Motosikli 125 at qüvvəli 654 kub santimetrlik işhəcmi olan rotor mühərriki və 55 at qüvvəli elektromotorla, litium-ion batareyalar dəsti və altı pilləli ötürmələr qutusu ilə təchiz etmək planlaşdırılır. Baykın çəkisi 209 kiloqram olacaqdır. 16 litrlik yanacaq ehtiyatına malik olan motosiklin 400 kilometr qət etmək iqtidarında olacağı söylənilir. Bayk elektik ötürməsi ilə də hərəkət edəcəkdir.
Furion m1 modelinin güc qurğusu iki iş rejiminə malik olacaqdır ki, bunlardan biricisini baykı idman üslubunda idarə etməyə, digərini isə uzun məsafələrə yürüş etmək üçün istifadə etmək olar. Birinci rejimdə hibrid qurğusu maksimal gücə, ikinci rejimdə isə maksimal qənaətcilliyə köklənir. Bununla belə, istehsalçı m1 baykının nə zaman işıq üzü görəcəyini bildirməmişdir.