«Minute Auto» dərgisi apardığı maraqlı tədqiqatın nəticələrini dərc etmişdir. Bu tədqiqata əsasən fransızların 76 faizi ən azı bir dəfə avtomobildə sekslə məşğul olmuşdurlar. Sorğu 705 kişi və 753 qadın arasında aparılmışdır.

Onlardan 87 faizi avtomobildə öpüşdüklərini bildirmişdirlər. Tədqiqatların nəticəsi, həmçinin, seksual kontaktlar zamanı avtomobillərin də əhəmiyyətli olduğunu göstərmişdir. Misal üçün, sorğunun nəticələrinə görə, qadınlar kişilər haqqında onların avtomobillərinə görə mühakimə yürüdürlər. Qadınların 82 faizi qəşəng avtomobilləri olan kişilər tərəfindən yoldan çıxarıldıqlarını bildirmişdirlər. Eyni zamanda, kişilərin də 74 faizi qadınlara onların avtomobillərinə görə qiymət verdiklərini bildirmişdirlər.

Əlavə olaraq, «Minute Auto»  qadınların 88 faizinin tüninq olunmuş avtomobilləri olan kişilərlə əlaqəyə girməkdən çəkindiklərini bildirmiş və «seksual» avtomobil brendlərinin reytinqini hazırlamışdırlar. Nəşrin məlumatlarına görə, BMW sahiblərinin qadınları yoldan çıxarmaq şansı daha çoxdur. İkinci yerdə Mercedes-Benz, üçüncü yerdə isə Audi sahibləri qərarlaşmışdırlar. Dördüncü və beşinci yerləri isə Aston Martin və Ferrari avtomobilləri tutmuşdurlar.