2024-cü ilin ortalarında Britaniyanın Jaguar Land Rover konserninin Freelander adını geri qaytaracağı barədə məlumat peyda olub – bu ad altınada britaniyalılar bir modeli deyil, Chery ilə birlikdə buraxmağı planlaşdırdığı bütöv bir elektromobillər ailəsini istehsal edəcək.

Keçən ilin may ayında CJLR birgə müəssisəsi haqqında təfərrüatlar ortaya çıxıb, bu ilin mart ayının sonunda isə, Freelander 97 konsepti nümayiş etdirilib və bir neçə həftə əvvəl isə, kamuflyajlı prototipin rəsmi şəkilləri dərc yayımlanıb. İndi isə, şirkət krossoverin seriya versiyasının şəkillərini dərc edib və yeni ailənin ilk üzvünün tam adını açıqlayıb: Freelander 8.

Yeni model ümumilikdə konsepti təkrarlayır: ön tərəfdə ənənəvi radiator barmaqlığının yerinə bağlı panel və bamperdə kiçik qara hava girişləri var, ön şüşənin üstündə isə, lidar yerləşir.

Yan tərəfdən təkər tağlarının tünd rəngli genişləndiriciləri, yan ətəklər, dam reylinqləri və qara-gümüşü təkər diskləri diqqəti çəkirlər. Hərəkətin əksi istiqamətinə açılan qapılar ənənəvi olanlarla əvəzləniblər,  kuzovun arxa dayaqları isə, birinci nəsil üçqapılı Freelander krossoverini xatırladır.

Arxa tərəfin dizaynı minimalizm üslubundadır: burada damdakı qara spoyleri, qara rəıngli bamper örtmələrini və yığcam arxa fənərləri görmək mümkündür.

Model müxtəlif növ elektrokarlar və hibridlər üçün nəzərdə tutulmuş iMAX platformasına əsaslanır. Freelander 8 modeli haqqında təfərrüatlar hələlik çox azdır, lakin artıq onun Land Rover Defender 110 modelindən daha uzun, daha geniş və hündür olduğu məlumdur.

İnteryerin tam ölçülü şəkilləri mövcud deyil, lakin istehsalçı bu sinfdə mövcud olan böyük displeyi vəd edir. Ön oturacaqlarda "sıfır cazibə" rejimi olacaq.

Texniki xüsusiyyətlər açıqlanmayıb, lakin krossoverin 800 voltluq arxitektura ilə təchiz olunacağı bildirilib. Dartma batareyaları 350 kilovata qədər şarj gücünü dəstəkləməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik krossoverinin hazırlanmasında Huawei, CATL və Qualcomm şirkətləti iştirak ediblər. Avtomobil əvvəlki 8295 çipindən daha güclü olan Qualcomm Snapdragon 8397 çipi, eləcə də ən yeni lidar və Huawei şirkətinin Qiankun ADS 4.1 ağıllı idarəetmə sistemi ilə təchiz olunub. Nəhayət, avtomobil istehsalçısı yolsuzluqda hərəkət üçün ağıılı i-ATS sistemini hazırlamaq üçün Huawei ilə birlikdə mütəxəssislər komandasını toplayıb.

Növbəti beş il ərzində Freelander brendi altı seriya modelini satışa çıxarmağı planlaşdırır ki, onların da əksəriyyəti müxtəlif ölkələrdə satılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.