Subaru şirkətinin mətbuat xidməti Subaru markasından olan avtomobilləri istehsal edən korporasiyanın adının dəyişdirirldiyi barədə məlumat yaymışdır. Xatırladaq ki, Subaru avtomobillərinin istehsal edən şirkət Fuji Heavy Industries (FHI) adlandırdı. Artıq şirkət Subaru Corporation adlandırılacaqdır.
Dərc edilmiş açıqlamada avtomobil istehsalının FHI şirkətinin əsas istiqamətidir. Bununla bərabər, korporasiyanın helikopter, mülki aviasiya təyyarələri üçün komponentlər, külək generatorları və ümumi təyinatlı mühərriklər istehsal edən bölmələri də mövcuddur. “FHI hər zaman əla məhsullar yaratmağa istiqamət götürmüşdür. Son illərdə bir Subaru markasının əldə etdiyi nailiyyətlər sayəsində daha da inkişaf etmişik. Bu dəyişiklik, insanlara xeyir gətirən brendin daha güclü şəkildə inkişaf etdirmək əzmindən xəbər verir. Müştərilər razı qalarkən biz onların üzündə təbəssüm görürük. Biz daha çox təbəssümləri və brendin artan həvəskarlarını görmək istəyirik. Yeni adla Subaru ulduzu daha güclü parlayacaqdır”, - FHI korporasiyasının prezidenti Yacuyuki Yoşinaqa bildirmişdir.
Subaru markasının təqdim etdiyi yeni model XV krossoverinin ikinci nəsli olmuşdur. Model, Subaru Global Platform (SGP) modul platformasını əldə etmiş, yenidən tənzimlənmiş sükan sisteminə, daha güclü, yüngül və qənaətcil, həmçinin 80 faiz yenilənmiş mühərrikə sahib olmuşdur.