Subaru avtomobillərinin istehsalçısı olan Fuji Heavy İndustries şirkəti rəsmi olaraq Subaru Global Platform (SGP) adlı yeni modul platformasını təqdim edib. Bu platforma yeni Subaru modellərinin istehsalı üçün istifadə ediləcəkdir. İstehsalçının bildirdiyinə görə, SGP platformasının növbəti özəlliklərə malikdir. Bunlar emosional cazibəli «dinamik hissiyatın» aşılanması, dünyada ən yüksək təhlükəsizlik səviyyəsi, elektrik mühərriklərinin quraşdırılması üçün uyğunluğu və avtomobilin ümumi effektliliyinin artırılmasıdır.

Yeni platformanın təqdimatı zamanı FHİ şirkətinin prezidenti Yasuyuki Yoşinaqa bunları demişdir: «SGP platforması şirkətimiz tərəfindən buraxılan avtomobil texnikasını yeni səviyyəyə qaldırır. Biz müştərilərə həzz və sakitlik bəxş edəcək daha cazibədar avtomobillər yaratmağa davam edəcəyik».

Yeni SGP modul platforması Fuji Heavy İntustries və Subaru şirkətlərinin Prominence 2020 adlı mütərəqqi inkişafının proqramının tərkib hissəsindən biridir. Təqdim edilən SGP platformasında İmpreza (sedan və hetçbek)  XV və Forester modelləri də daxil olmaqla Subaru markasının bütün yeni modelləri istehsal ediləcəkdir.

Əhəmiyyətli faktlardan biri də yeni arxitekturanın Subaru şirkətinin AWD simmetrik tam ötürməli çəkiş sistemi ilə uyğunlaşmasıdır. Şirkətdən bilidirildiyinə görə, yeni platformada hazırlanmış avtomobillər benzin və ya dizel mühərriki, hibrid güc aqreqatı və elektrik mühərriki ilə təchiz edilə bilər.

Bundan əlavə, Subaru Global Platform (SGP) daha ucuz başa gələn avtomobilləri istehsal etməyi təmin edəcək, seriya avtomobillərinin yaradılmasını və onların buraxılmasını tezləndirəcəkdir.

Modul platforması kuzovun struktur sərtliyini artırmağa, hərəkət xüsusiyyətlərini, təhlükəsizliyini və komfortu  yaxşılaşdırmağa imkan verir.SGP platfırması alçaq ağırlıq mərkəzinə və zərbələri udmanı 40% daha yaxşılaşdıran struktura malikdir.

Bundan başqa, yeni platforma arxa köndələn dayanıqlılıq stabilizatorunu da quraşdırmaq imkanı verəcəkdir ki, bu da nəqliyyat vasitəsinin kuzovunun yana əyilmələrini 50% azaltmağa kömək edəcəkdir.

Xatırladırıq ki, ilk modul platformasını (MQB) təqdim edən istehsalçı Volkswagen qrupu olmuşdur.  Sonradan bir sıra isytehsalçılar MLB, CMF, EMP, UKL, MRA, MFA, TNGA, CMA və SPA abbreviaturaları ilə adlandırılan modul platformaları işləyib hazırlamışdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt